Icma.az
close
up
RU
“Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq” Əziz Ələkbərov

“Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq” Əziz Ələkbərov

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Yaxın zamanlarda Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov bu gün Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdışın insan hüquqlarının aliliyinin mühüm şərti kimi” adlı beynəlxalq konfransdan sonra bildirib. 

İcmanın yarandığı gündən qarşısında duran əsas məqsədin Qərbi Azərbaycan həqiqətlərini və onların qayıdış hüquqlarını beynəlxalq aləmə çatdırmaq olduğunu vurğulayan millət vəkilinin fikrincə, həmişə Azərbaycanın yanında olan Türkiyə Qərbi azərbaycanlılar mövzusunda da bizi dəstəkləyəcək: “Qərbi Azərbaycandan həm erməni zülmündən, həm də Sovetlər dönəmindən başlayaraq Türkiyəyə pənah gətirən həmvətənlərimiz çox olub və onların sayı milyonlarladır. Onların da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlər daha da aktivləşib. Artıq Türkiyədə də nümayəndəliyimizi açmağa hazırlıqlar başlayıb”.

İndiyə qədər Türkiyənin başqa şəhərlərində Qərbi Azərbaycan mövzusunda elmi konfransların təşkil olunduğunu deyən millət vəkili bugünkü formatda beynəlxalq tədbirin bu ölkənin başqa vilayətlərində də keçiriləcəyini vurğulayıb: “Bakıda bu formatda iki böyük konfrans keçirilib, heç şübhəsiz ki, Türkiyədə də keçirilməli idi. Bu gün Türkiyədəki elm ictimaiyyətinin nüfuzlu nümayəndələri, beynəlxalq hüququn tanınmış mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının iştirakı ilə belə konfransın baş tutması önəmli hadisədir. Bu formatda tədbirlərin Türkiyənin başqa vilayətlərində də keçirilməsi hədəfimizdədir. Hesab edirəm ki, bu gün səslənən məsələlərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində bu tədbirin çox böyük əhəmiyyəti olacaq”.

İcma sədri Azərbaycanla yanaşı, bütün xarici ölkələrdə Qərbi Azərbaycan nümayəndəliyinin qurulması ilə bağlı fəaliyyətlərin olduğunu qeyd edib: “Fransada, Niderlandda nümayəndəliyimiz var. Digər ölkələrdə də yaradılacaq”.

Ə.Ələkbərov qeyd edib ki, bugünkü formatda tədbirin Avropada da keçiriləcəyi planlaşdırılıb: “Qərbi azərbaycanlılarla bağlı oktyabrda Brüsseldə də konfrans keçiriləcək”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri