Əziz Yıldırım prezidentliyə namizəd oldu və digər namizədlərə birləşməyi təklif etdi!
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
''Fənərbaxça'' camiəsi yavaş-yavaş iyunun 6-7-də keçiriləcək prezident seçkilərinə köklənir.
"Football-plus.az" xəbər verir ki, son başqan Sadəttin Saranın, eləcə də ötən il məhz Sarana məğlub olan Əli Koçun namizəd olacağı gözlənilmir.
Dünənə qədər 3 önəmli iş adamı - Mehmet Əli Aydınlar, Hakan Safi və Barış Göktürkün namizəd olacağı güman edilirdi. Amma 2011-ci ildə federasiya prezidenti olduğu dönəmdə yaşanan süni oyun alqı-satqısı qalmaqalında klubun haqlarını yetərli qədər müdafiə etmədiyinə görə camiədə sevilməyən Aydınlar dünən namizəd olmayacağını rəsmən dilə gətirdi.
Əsas ''bomba'' bu gün partladı. ''Fənər''in ''xaç atası'' Əziz Yıldırım seçkilərdə namizəd olacağını rəsmən açıqladı. 73 yaşlı Yıldırım daha öncə 20 il (1998-2018) ''sarı-lacivərdlilər''in prezidenti olub. O, 2024-cü ildə də namizəd olmuş, amma Əli Koça qarşı gərgin mübarizədə uduzmuşdu.
Maraqlıdı ki, Əziz Yıldırım digər namizədlər Hakan Safi ilə Barış Göktürkə onun ətrafında birləşməyi təklif edib! Yəni o, bir namizədli seçkinin olmasını istəyir. Digər namizədlərin bu təklifə necə cavab verəcəyi maraq doğurur.
İddialara inansaq, Hakan Safi ''Liverpul''dan ayrılmaq üzrə olan Məhəmməd Salahla anlaşıb. O, prezident seçiləcəyi təqdirdə misirli ulduzu İstanbula gətirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 May 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















