Əziz Yıldırım istefanı qəbul etmədi
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım komandanın baş məşqçisi İsmail Kartalla bağlı sərt və iddialı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, jurnalistlərə və idman şərhçilərinə xəbərdarlıq edən klub rəhbəri Kartalın vəzifəsində qalacağını qətiyyətlə bildirib:
"Mən vəzifədə olduğum müddətdə İsmail Kartal buradan ayrıla bilməz. Hamınız bunu bilin və şərhlərinizi buna uyğun edin! Onun 'davam edəcəyəm' deməsinə ehtiyac yoxdur. Mən onun böyüyüyəm, 'davam edəcəksən' dedim və məsələ bitdi. Biz bir ailəyik". pizza mizza
Məşqçiyə qarşı təzyiqlərdən söz açan Ə.Yıldırım onun matç zamanı fiziki və psixoloji gərginliklə üzləşdiyini diqqətə çatdırıb:
"İsmail Kartalla danışdım. Hesab 1:1 olarkən başına şüşə atıldığını, böyük təzyiq altında olduğunu və dərman qəbul etdiyini deyir. Mən də gündə 30 ədəd dərman qəbul edirəm. İsmail Kartal bizim övladımızdır".
Sonda 18 ildən sonra Çempionlar Liqasına vəsiqə qazandıran məşqçi heyətinin tənqid olunmasına etiraz edən prezident "Fənərbaxça" azarkeşi olduğunu iddia edən bəzi şərhçiləri kluba xəyanət etməkdə günahlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















