F 16 Block 72 qırıcısı ilk uçuşunu həyata keçirib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
F-16 qırıcısının ən yeni modifikasiyalarından olan “F-16 Block 72” ilk uçuşunu həyata keçirib.
APA xəbər verir ki, bu barədə təyyarənin istehsalçısı “Lockheed Martin” məlumat yayıb.
Şirkətin məlumatına görə, Mərakeş üçün istehsal edilən ilk “F-16 Block 72” ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhərində havaya qalxıb.
“Bu hadisə Mərakeş Kral Hərbi Hava Qüvvələrinə F-16-nın ən müasir versiyasının çatdırılması yolunda növbəti addımdır”, – şirkətin açıqlamasında bildirilib.
“F-16 Block 72” aktiv fazalı anten şəbəkəsinə malik AN/APG-83 SABR radarı, yeni bort kompüterləri, “Link 16” məlumat mübadiləsi sistemi, modernləşdirilmiş naviqasiya kompleksləri və dəbilqəyə inteqrasiya edilmiş hədəfgöstərmə sistemləri ilə təchiz olunub. Qırıcı “hava-hava” və “hava-yer” tipli müxtəlif silahlardan istifadə edə bilir.
“Block 70” və “Block 72” arasındakı əsas fərq onların mühərrikləridir. “Block 70” “General Electric” şirkətinin F110-GE-129, “Block 72” isə “Pratt & Whitney” şirkətinin F100-PW-229 mühərriki ilə təchiz edilir. Hər iki versiyanın əsas modernləşdirilmiş avionika kompleksi isə eynidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 07 Oktyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















