İkiyerlik Saab Gripen F ilk uçuşunu həyata keçirib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçin Saab şirkətinin hazırladığı iki yerlik Gripen F qırıcısı ilk uçuşunu həyata keçirib. Bununla da təyyarənin yeni versiyasının uçuş sınaqlarına start verilib.
Təyyarə avqustun 28-də İsveçin Linçepinq şəhərindəki Saab aerodromundan havaya qalxaraq təxminən 40 dəqiqə uçuş edib. İlk uçuş zamanı əsas sistemlər və təyyarənin ilkin uçuş xüsusiyyətləri yoxlanılıb.
Gripen F, Gripen E qırıcısının iki yerlik versiyası olsa da, yalnız təlim məqsədi daşımır. Saab arxa kabinəni tam funksional iş yeri kimi hazırlayıb. Bu, təyyarəyə iki ekipaj üzvü ilə də döyüş tapşırıqlarını yerinə yetirmək imkanı verir.
Şirkət bildirir ki, ikinci ekipaj üzvü mürəkkəb əməliyyatlar zamanı taktiki vəziyyətin izlənilməsi, silah sistemlərinin idarə olunması və digər hava platformaları ilə əlaqələndirmə kimi vəzifələri üzərinə götürə bilər.
Gələcəkdə bu ekipaj üzvünün pilotsuz döyüş aparatlarının idarə edilməsində də istifadə olunması nəzərdə tutulur. Saab bu məqsədlə Autonomous Collaborative Platform (ACP) adlı, radarda az görünən səsdən sürətli pilotsuz «qırıcı» konsepti üzərində işləyir.
Gripen F-nin ACP ilə birlikdə istifadəsi pilotlu qırıcıların pilotsuz döyüş aparatları ilə vahid sistemdə fəaliyyət göstərdiyi Collaborative Combat Aircraft (CCA) konsepsiyasının inkişafına imkan verə bilər.
Şirkətin fikrincə, bu cür tandem gələcəkdə daha bahalı və mürəkkəb altıncı nəsil döyüş təyyarələrinə olan tələbatın müəyyən qədər azalmasına səbəb ola bilər.
Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Avqust 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















