Icma.az
close
up
RU
F 35 lərin Türkiyədən Azərbaycana ötürülməsi real deyil ŞƏRH

F 35 lərin Türkiyədən Azərbaycana ötürülməsi real deyil ŞƏRH

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ankarada keçirilən NATO-nun 36-cı Liderlər Zirvəsi Alyansın gələcək təhlükəsizlik strategiyasını müəyyənləşdirən əsas siyasi hadisələrdən biri kimi qiymətləndirilir. Müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi, ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan yeni dinamika və F-35 proqramı ilə bağlı verilən mesajlar sammitin ən diqqətçəkən nəticələri sırasında yer alır.

Azərbaycan-Türkiyə müttəfiqliyinin hüquqi əsasını təşkil edən Şuşa Bəyannaməsi fonunda Ankaranın hərbi potensialının güclənməsinin regional təhlükəsizlik mühitinə və Azərbaycanın strateji maraqlarına mümkün təsirləri də müzakirə olunan məsələlərdəndir.

Ankara Zirvəsinin geosiyasi nəticələri nədən ibarətdir və bu proseslər Azərbaycanın maraqlarına necə təsir göstərə bilər?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Modern.az-a bildirib ki, İyulun 7-8-də Ankarada keçirilən NATO-nun 36-cı Liderlər Zirvəsi həm Alyansın gələcək təhlükəsizlik strategiyası, həm də Türkiyənin beynəlxalq nüfuzu baxımından mühüm hadisə oldu:

"Sammitin məhz Türkiyədə keçirilməsi Ankaranın NATO daxilində artan siyasi çəkisinin və beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rolun göstəricisidir. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp sammit başqa ölkədə keçirilsə, iştirak etməyəcəyini bildirmişdi. Onun Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri və Türkiyə liderinin dəvətini qəbul etməsi Vaşinqton-Ankara xəttində yeni mərhələnin başlandığını göstərən mühüm siyasi mesajdır.

Sammitdə əsas müzakirə mövzularından biri NATO ölkələrinin müdafiə xərclərinin artırılması oldu. Alyans qarşıya 2035-ci ilə qədər üzv dövlətlərin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq hədəfi qoyub. Hazırda bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. 2014-2024-cü illər ərzində NATO-ya üzv 32 ölkədən 22-si müdafiə xərclərini ÜDM-in ən azı 2 faizinə çatdıra bilib. İndi isə əsas məqsəd bu göstəricini 5 faizə yüksəltməkdir. Bu qərar NATO-nun mövcud təhlükəsizlik çağırışlarını uzunmüddətli perspektivdə qiymətləndirdiyini göstərir.

Zirvədə Ukraynadakı müharibə də geniş müzakirə olundu. Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi, ümumilikdə 70 milyard dollarlıq yardım paketinin reallaşdırılması ilə bağlı razılıq əldə olunması Alyansın Kiyevə dəstəyinin davam edəcəyini nümayiş etdirdi.

Sammitin ən diqqətçəkən nəticələrindən biri isə ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan müsbət dinamika oldu. Donald Tramp Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması və F-35 qırıcıları ilə bağlı məsələyə yenidən baxılacağını bəyan etdi. Prezident Rəcəb Tayyib Ərdoğan da F-35 proqramı ilə bağlı müsbət gözləntilərin olduğunu açıqladı.

Məlum olduğu kimi, Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 zenit-raket kompleksləri alması səbəbindən ABŞ 2020-ci ildə Ankaraya sanksiyalar tətbiq etmiş və Türkiyəni F-35 proqramından çıxarmışdı. İndi isə tərəflər arasında bu məsələlərin yenidən gündəmə gəlməsi Vaşinqton-Ankara münasibətlərində normallaşma prosesinin başladığını göstərir".

Deputatın fikrincə, bu proseslərin Azərbaycan üçün də mühüm əhəmiyyəti var:

"Türkiyə Azərbaycanın strateji müttəfiqi və qardaş dövlətidir. Ankaranın beynəlxalq nüfuzunun və NATO daxilində mövqeyinin güclənməsi Azərbaycanın da geosiyasi maraqlarına tam uyğundur. Bu, Cənubi Qafqazda qüvvələr balansına müsbət təsir göstərən amillərdən biridir.

Eyni zamanda, ABŞ-nin Türkiyədən İsraillə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmasını xahiş edəcəyi də istisna deyil. Vaşinqton yaxşı anlayır ki, ABŞ və İsrail strateji müttəfiqlərdir və NATO-nun ən mühüm üzvlərindən biri olan Türkiyə ilə İsrail arasında münasibətlərin indiki səviyyədə qalması ABŞ-nin maraqlarına tam uyğun deyil. Hesab edirəm ki, bu istiqamətdə də müəyyən razılaşmaların əldə olunması mümkündür.

Bütün bunlar Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanın həm Türkiyə, həm İsrail, həm də İranla münasibətləri milli maraqlar əsasında formalaşır. Azərbaycan İranla mehriban qonşuluq siyasəti yürüdür və öz ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyat üçün istifadəyə heç vaxt icazə verməyib, bundan sonra da verməyəcək. Prezident İlham Əliyevin bu məsələdə prinsipial mövqeyi dəfələrlə və açıq şəkildə ifadə olunub.

Ümumilikdə hesab edirəm ki, NATO-nun Ankara Zirvəsi Türkiyənin beynəlxalq nüfuzunu daha da artırdı. Türkiyənin güclənməsi isə Azərbaycanın strateji maraqlarının möhkəmlənməsi deməkdir. Bu sammitin nəticələri, xüsusilə də Cənubi Qafqazda Türkiyənin siyasi və geosiyasi mövqelərinin daha da güclənməsinə xidmət edəcək”.

Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, Türkiyənin Hərbi Hava Qüvvələrinin potensialının artması eyni zamanda Azərbaycanın və digər türk dövlətlərinin təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə səbəb olur:

“Türkiyənin başqa ölkələrdən, o cümlədən ABŞ-dən əldə edəcəyi döyüş təyyarələrini başqa ölkələrə ötürməsi yalnız və yalnız istehsalçı ölkə ilə razılaşdırıldıqdan sonra mümkün ola bilər. Birgə istehsal olunan silahlar belə, tərəflərin razılığı əsasında üçüncü ölkələrə satıla bilər. F-35-lərin Türkiyə vasitəsilə Azərbaycana ötürülməsi hələlik real görünmür. Digər tərəfdən isə Azərbaycan zərurət hesab etdiyi döyüş təyyarələrinin alınması üçün müqavilələr imzalayıb. Bu təyyarələrin bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına qəbul edilib. Onların iştirakı ilə hərbi təlimlər artıq keçirilib. İstənilən halda NATO-nun Cənub-Şərq qanadını əhatə edən Türkiyənin Hərbi Hava Qüvvələrinin potensialının artması eyni zamanda Azərbaycanın və digər türk dövlətlərinin təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə səbəb olur. Keçirilən sammit bütün dünya üçün Türkiyənin artan gücünün nümayişi oldu. Türkiyənin də Azərbaycanla eyni ittifaqda yer alması bu baxımdan bir çox geosiyasi proseslərdə Azərbaycanın da nüfuzunun artması deməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see354

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see270

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see242

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see235

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see232

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see199

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see192

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see189

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see170

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see164

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see163

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see158

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see148

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri