Türkiyədən Azərbaycana təşəkkür
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Millətimizin sülhünə və əmin-amanlığına təhdid yaradanlar üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq yoxdur!
Hurriyyet.Media Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatına istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Daxili İşlər naziri Mustafa Çiftçi bildirib. M.Çiftçi daha sonra deyib: “Millətimizin əmin-amanlığına qəsd edənlər üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq yoxdur!
İstər ölkəmizin daxilində, istərsə də dünyanın o biri ucunda olsun; mütəşəkkil cinayətkar dəstələrə, küçə quldurlarına və balalarımızın gələcəyini zəhərləyən narkotik tacirlərinə əsla yol verməyəcəyik.
Millətimizin huzuruna qəsd edən, qanun tanımayan cinayətkar şəbəkələrin üzvlərini gizləndikləri yuvalardan çıxarıb mütləq ədalət qarşısına çıxaracağıq”.
Nazir daha Azərbaycan Respublikasına təşəkkürünü ifafə edib: “Son olaraq Azərbaycanda yaxalanaraq Türk ədalətinə təhvil verilən həmin quldur da bu sarsılmaz iradəmizin ən bariz göstəricisidir. Bu uğurlu sərhədlərarası əməliyyatın həyata keçirilməsində töhfə verən, başda qəhrəman polis əməkdaşlarımız olmaqla, Ədliyyə Nazirliyimizə və dəstəklərini əsirgəməyən azərbaycanlı qardaşlarımıza ürəkdən təşəkkür edirəm. Türkiyənin əmin-amanlığı naminə dayanmadan, yorulmadan, güzəştə getmədən mübarizəmizi davam etdirəcəyik!”
Baxış sayı:119
Bu xəbər 21 Avqust 2026 04:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















