“FAB” Orta Asiya bazarına böyükhəcmli ixraca hazırlaşır Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“FAB” Şirkətlər Qrupu xarici bazara çıxış imkanlarını genişləndirmək istiqamətində daha bir mühüm addım atır.
Şirkət Qazaxıstanın paytaxtı Almatıda keçirilən 31-ci Qazaxıstan Beynəlxalq İnşaat və İnteryer Sərgisi – “KazBuild 2025”-də ölkəmizi təmsil edir.
“KazBuild” sərgisi inşaat sektoru üzrə regionun ən böyük və nüfuzlu tədbirlərindən biridir. Bu il sərgidə 23 ölkədən 401 iştirakçı, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Rusiya, İran kimi ölkələrin aparıcı istehsalçıları yer alır.
“FAB” Şirkətlər Qrupu üçün bu sərgi yalnız məhsulların təqdimatı deyil, həm də beynəlxalq bazarda yeni tərəfdaşlıqlar qurmaq, Azərbaycanın sənaye potensialını dünyaya nümayiş etdirmək baxımından əhəmiyyətli platformadır.
Şirkətin əsas məqsəd və hədəfi təkcə məhsul ixracı ilə məhdudlaşmır, həm də istehsalat prosesində tətbiq etdiyimiz texnologiya və innovasiyanı Orta Asiya bazarında tanıtmaqdır.
“KazBuild 2025” sərgisi sentyabrın 5-də başa çatacaq.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Sentyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















