FAB məhsulları Özbəkistan bazarında Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
FAB Şirkətlər Qrupu 10-12 fevralda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “UzBuild 2026” beynəlxalq inşaat sərgisində iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, sərgi çərçivəsində şirkət məhsul çeşidini, inşaat sahəsindəki çoxillik təcrübəsini və keyfiyyətə əsaslanan innovativ istehsal yanaşmasını beynəlxalq auditoriyaya təqdim edir.
FAB stendində ziyarətçilərə məhsulların xüsusiyyətləri və tətbiq sahələri barədə ətraflı məlumat verilir.
Tədbir müddətində potensial tərəfdaşlar, distribüterlər və sektor nümayəndələri ilə görüşlər keçirilərək yeni əməkdaşlıq imkanları müzakirə olunacaq.
Qeyd edək ki, yaxın günlərdə Daşkənd şəhərində FAB Şirkətlər Qrupunun rəsmi nümayəndəliyinin fəaliyyətə başlaması planlaşdırılır. Bu addım FAB məhsullarının Özbəkistan bazarında daha operativ və əlçatan təqdim olunmasına xidmət edəcək.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 11 Fevral 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















