Faciədən saniyələr əvvəl... Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir.
Bir neçə dəqiqə sonra isə yoldan keçən minik avtomobili həmin FHN əməkdaşlarını vurub. Qəza məhz bu görüntülərin çəkilişi zamanı qeydə alınıb. Həssas görüntülər olduğu üçün qəza anı yayımlanmayıb.
Xatırladaq ki, hadisə nəticəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 42 yaşlı Piriyev Hakim Şahlar oğlu vəfat edib. Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 37 yaşlı Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 Fevral 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















