Icma.az
close
up
RU
Həmin faciədən 7 ay əvvəl də yanğın olub Gizlədibmişlər

Həmin faciədən 7 ay əvvəl də yanğın olub Gizlədibmişlər

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb.

Bu iş üzrə-Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır.

Hakim Leyla Əsgərova-Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan  imtina etmək istədiklərini deyiblər. Yazırlar ki, onlar yanğında yüngül xəsarət alasalar da burada Mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur.

Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərinin qəbul olunmaz hesab edib:

“Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb “yox, zərərçəkməmişik” demələri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar”-, prokuror əlavə edib. 

İttiham tərəfininin qəti mövqeyi Mehriban Abbasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb. Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib: “Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?”-vəkil deyib. 

Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin edilmədiyini bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasiibət bildirmək düzgün deyil. 

Mehriban Abbasquliyeva iclasdan əvvəl məhkəməyə Mərkəzdə baş verən yanğının videosunu və şəkillər təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür. 
Abbasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində persinalın da günahı var. Amma prokurorluqda buna baxılamayıb.

Vəsatət işə əlavə edilib. 

Prosesin davamında ittiham aktı elan edilib.

İttihamda deyilir ki, Mehriban Abbasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib. 

Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərir.
İstintaq materiallarında yazır ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda cəmi 2 nəfər olub. Bundan başqa reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda cəmi 10-22 olub. Bu da tibb cihazlarının xəstə sayından xeyli azdır. 
Ən əsası  yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasient  qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib.

İşdə önəmli məqam isə başqa məsələdir. Araşdırma nəticəsində məlub olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinetal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş veribmiş. 

Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoymayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib.

Bununla da gələcəkdə baş verəcək anoloji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra bir neçə körpənin ölümü ilə nəticələnən faciə baş verib.

Yanğın nəticəsində Mərkəzin 177 min manatlıq avadanlıqlarına ziyan dəyib.

Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər.

Mehriban Abbasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. 

Proses yanvarın 13-də davam edəcək.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri