Icma.az
close
up
RU
Fağır bir komandaya 20 qol vurmağın ayıbı...

Fağır bir komandaya 20 qol vurmağın ayıbı...

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Adətim üzrə hər səhər o başdan saytları izləyərkən bir xəbər diqqətimi çəkdi. Daha doğrusu, onun bu başlığı: "Qəbələ"dən 20:0 hesablı qələbə..."

Xəbərə daxil olub oxudum. Yazılmışdı ki, "Qəbələ" Ağcabədinin "Olimpiya" komandası ilə yoxlama matçı oynayıb və rəqibinin qapısından nə az, nə çox, düz 20 cavabsız qol keçirib.

Məlumatı əvvəlcə klubun özü yayıb. Özü də çox bəh-bəhlə... Amma məsələ heç xəbərin yayılmasında da deyil. Əslində klub 20:0 hesabı ilə qalib gələndə də xəbər yaymalıdır, lap elə 0:20 hesabı ilə uduzanda da. Məsələ "Qəbələ" komandasının, onun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin fağır bir komandanın qarşısında əjdahaya, insafsıza dönməsidir.

Halbuki Sxadadze həm mənəvi, həm də peşəkarlıq baxımdan bu oyunla bağlı kobud səhvlərə yol verib. 

Əvvəl başlayım işin mənəvi tərəfindən ki, Ağcabədinin komandası niyə fağır komandadır? O səbəbdən ki, "Olimpiya" bir ilin komandası ola, ya olmaya. Özü də pulu-parası olmayan, 10-15 kasıb azərbaycanlı balasının çıxış etdiyi həvəskar kollektivdir. Yəni onun oyunçuları "Qəbələ"nin peşəkar futbolçuları qədər 4 rəqəmli maaş da almırlar. Ailələrini dolandırmaq üçün məcburdurlar futboldan kənar başqa işlərlə də məşğul olmağa. Bəlkə də aralarında ofisiantı, fəhləsi, dülgəri də var, deyə bilmərəm.

Amma Ağcabədi rayonuna bələdəm və bilirəm ki, burada son 1-2 ilə qədər futbol hardasa 80-ci illərin sonları, 90-cı illərin əvvələrində olmuşdu. Bir matçı canlı izlədiyim də xatırəmdədir. Stadionun tribunaları tam dolmuşdu. 3 min, ya 4 min azarkeş olardı. Yəni Ağcabədi futbol ənənəsi olmayan bir rayon olsa da, orada futbola həvəs, maraq olub. Bunun nəticəsində də indi ilkin mərhələdə həvəskar səviyyədə bir komanda yaradılıb.

Belə komandanın maddi dəstəklə yanaşı, həm mənəvi dəstəyə ehtiyaca var. Məsələn, ehtiyac içində olan komandanın bu vəziyyətdə 20, nəinki 20, 3-5 topa həqiqətən ehtiyacı var, amma 20 qola əsla. 

Lakin fikir verin, Kaxaber Sxadadze və onun bir çox futbolçusu Ağcabədinin həvəskarlardan ibarət futbolçularını görəndə çönüb olublar, görməmiş. Qol görməmişi. 

Özü də rəsmi əhəmiyyət daşımayan yoxlama matçında. Sxadadze üçün bu hesab heç nə ifadə etməyə bilər. Amma futbolla həvəskar səviyyədə məşğul olan "Olimpiya" komandasının gənc üzvlərində mənəvi travma qoya bilər. 

Necə deyərlər, özündən qat-qat güccüz, qarşında əlacsız qalmış rəqibə 20 yox, 5-6 qol da vurmaq olardı, bunu futbolçuya da sözlə başa salmaq mümkün idi.  

Sonda qısaca işin peşəkar tərəfinə də gəlim. Əgər bir rəqib səndən 20 qol buraxırsa, deməli, yoxlama matçı üçün komanda seçimində səhvə yol vermisən. Ümumiyyətlə, "Qəbələ" kimi bir klubun - hətta o, birinci liqaya düşübsə belə - çox zəif həvəskar bir komanda ilə yoxlama oyunu keçirməsi onun imicini  zədələyən, gələcək rəsmi nəticələrində birbaşa təsir edəcək faktordur. Bu fikirləri elə oyunun hesabı da təsdiq edə bilər. Yəni 20:0 hesabı ilə udduğun komanda sənin futbolçularının, qurduğun taktikanın güclü və zəif tərəflərini göstərə bilərmi?

Kaxaber Sxadadze kimi yaxşı futbol məktəbi keçmiş  bir peşəkarın rəqib seçimində belə səhv etməsi, yumşaq desəm, təəssüb doğurmaya bilməz.

Yeri gəlmişkən, görünür, iş prosesində bilinən və bilinməyən bu və digər səhvlərin ucbatındandır ki,  Sxadadze gələndən sonra "Qəbələ" daha da geri getməyə başladı, axırda da Premyer Liqadan birinci liqaya düşdü.

Hazırda isə komanda 1-ci liqada 2-ci yerdədir. 7 oyuna isə 13 qol vurub. 

7 oyuna 13 qol.

Fağır komanda ilə oyunda isə 1 oyuna 20 qol vurublar.
O 20 qoldan çox yox, cəmi 1 dənəsi "Zaqatala" və "İmişli"nin qapısına vurulsa idi, "Qəbələ" indi birinci liqada 1-ci yerdə idi.

Bəli, pulu, şəraiti, peşəkar futbolçusu olmayan bir  yazıq komandanın öz qapısından 20 qol buraxması, ayıb deyil. Necə deyərlər, kişinin başına iş gəlir.

Amma 5 ulduzlu meydanlarda məşq edən, yaxşı futbolçuları, yaxşı büdcəsi (1-ci liqada digərləri ilə müqayisədə) olan bir komandanın hələ də 1-ci liqada lider mövqeyində olmaması, bax, bu bir  ayıbın tablosudur. 

Müəllifi də Kaxaber Szadadzedir.

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri