Icma.az
close
up
RU
Bir fağır nazir tapmışıq...

Bir fağır nazir tapmışıq...

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəhmətlik Elçibəyin sözləridir: "Bir fağır prezident tapmısınız, sağdan da döşəyirsiniz, soldan da..."

Mən saçını-saqqalını Azərbaycanda ağardan, Xoşqədəmi baxçada, Zauru bələkdə, Elgizi “karşok”da görən adamam. Heç kim azərbaycanlıları məndən yaxşı tanıya bilməz. Yeddi babamı tanıyıram, yeddisi də təmiz azərbaycanlı olub. Qanımız başqa millətlərin qanı ilə qarışmayıb.

Bu qədər izahatı əbəs yerə vermirəm. Demək istəyirəm ki, indi yazacaqlarım, mənim ailəmə, öz övladlarıma, hətta yaxın-uzaq qohumlarıma da aiddir. Xətrinizə dəyməsin, bu, reallıqdır: gərək azərbaycanlılarla heç vaxt aradakı pərdəni götürməyəsən. Üz verən kimi başına cıxacaqlar...

Şübhəsiz ki, Emin Əmrullayev səmimi nazirdir. Cəmiyyətə açıqdır, problemləri gizlətmir, “malalamaqla” arası yoxdur. Adam tez-tez mətbuat konfransı keçirib nəinki aparıcı media subyektlərinin əməkdaşlarının, hətta "İpəkqurdu" qəzetinin müxbirinin suallarını da canla-başla, həvəslə cavablandırır.

İşi başından aşsa da, Emin müəllim həftədə iki dəfə Xankəndiyə gedib-gələn Arzu müəllimə ilə bağlı müzakirələrə də qoşulub, gənc pedaqoqa uğurlar arzulayıb.

Dünən gördüm ki, sosial şəbəkə istifadəçilərindən biri nazirin “səhvini” tutub: “Vergül qoymamısınız”.

Emin Əmrullayev yazdığı mətnə vergül artırıb, sonra da həmin izləyiciyə təşəkkür edib.

Mənimçün maraqlıdır: görəsən, həmin yoldaş fövqəladə hallar naziri Kəmaləddin Heydərova da irad bildirə bilərmi?

Hay-hay bildirər. Heç Kəmaləddin Heydərovun yüz metrliyində də yaxın dura bilməz.

Naziri də, lap Baş naziri də tənqid etmək olar. Sağlam tənqid inkişafın rəhnidir. Jurnalist marağı güc gəldiyi üçün yuxarıdakı sualları verdim. Həmin sosial şəbəkə istifadəçisinə xüsusi iradım yoxdur. Amam sosial şəbəkələr üçün xarakterik olan münbit şəraitdən istifadə edib Elm və təhsil nazirinin ünvanına xoşagəlməz idadələr işlədən adamlara iradım var: tərbiyəli olun!

Bir fağır nazir tapmışıq, sağdan da döşəyirik, soldan da...

A kişilər, o, şagirdlərin naziri olsa da, şagird deyil. Müəllim damarı tutsa, hamımızı qabağında oturdub uşaq kimi danlayacaq.

Buna haqqı çatır.

Sosial şəbəkələrdə elə adamlar var ki, özlərini sinifdə nadinclik edən tərbiyəsiz uşaq kimi aparırlar...

L.Səfiyarlı, xüsusi olaraq Metbuat.az üçün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri