Icma.az
close
up
RU
Faiq Ağayevin satılıq mal sözünə xanım müğənnilərdən CAVAB

Faiq Ağayevin satılıq mal sözünə xanım müğənnilərdən CAVAB

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Qadın ifaçılar “satılıq mal” kimi özlərini səhnəyə çıxarrırlar. Almanın üstünə parafin vururlar ki, parıldasın. Siləndə görürsən ki, dadlı deyil”.

Bu sözləri Xalq artisti Faiq Ağayev “Meqa şou” verilişində deyib.

F.Ağayev xanım ifaçıların xarici görünüşünü tənqid edib:

“Üstəgəl Qafqazda, Azərbaycanda qadın özünü o vəziyyətə salmamalıdır. Elə insanların qarşısını kəsərdim. Bədənin var, qoy sevgilin, həyat yoldaşın onu görsün. Amma efirə belə geyinmə. Gedib əməliyyat edib həkimlərə pul qazandırmısan. Həkim də kimdən qazanmalıdır?”

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Əməkdar artist Elnarə Abdullayeva bildirib ki, kim özünü necə təqdim edirsə, cəmiyyət də onu elə görür:

“Mənim bu haqda heç bir fikrim yoxdur. Kim nə geyinirsə, geyinsin, özü bilər. Mən nə deyim? Mənim deməyimlə nə dəyişəcək? Heç nə dəyişməyəcək. Çünki bu, sən və mən deməklə düzələn şey deyil. Onsuz da hərə necə bilir, elə də edəcək, işini aparacaq. Pislik elə danışana qalacaq. Onsuz da hər kəs özünü necə təqdim edirsə, cəmiyyət də onu elə görür”. 

Müğənni Nura Suri isə bildirib ki, Faiq Ağayev şou-biznesdə barmaqla sayılacaq  intellektual, səviyyəli müğənnilərimizdən ən birincilərdəndir:

"Faiq Ağayev çox ağıllı insandır. Onun dedikləri ilə tam razıyam. Mən də müsahibə verəndə, hər dəfə eyni problemlə rastlaşıram. Hər şeyi xırdalayıb insanlara demək lazım deyil. Ümumi deyilən sözlərdən anlayan insan başa düşür ki, Faiq bəy nəyi nəzərdə tutur.

Burada söhbət təkcə qapalı və ya açıq geyinməkdən getmir, ümumilikdə davranışdan, özünü təqdim etməkdən, danışıqdan, hər şeydən gedir. Təəssüf ki, bəzi insanlar var ki, efirə çıxırlar, amma efir mədəniyyəti nədir bilmirlər, ümumilikdə davranış qaydalarından xəbərsizdirlər.
Səhnə geyiminə gəldikdə isə bu gün heç kim tam qapalı geyinmir. Yəni Xalq artistlərinə baxanda da görürük ki, çoxu açıq-saçıq geyimlə səhnəyə çıxır. Bu normaldır. Mən özüm də açıq geyinirəm, amma insan öz bədənini tanımalıdır. Bilməlidir ki, nəyi, necə geyinmək olar. 

Açıqlığın da bir həddi var. Məsələn, efirə gedəndə mən bilirəm ki, əgər paltarım çox qısadırsa və efirdə əyləşəcəyəmsə, bu, biədəb görünə bilər. Ona görə də geyim seçərkən hər şeyi nəzərə almaq lazımdır. Faiq bəyin dediyi də budur və mən Faiq bəylə tamamilə razıyam”. 

Nura Suri qeyd edib ki, əvvəl insanlar efirə çıxırdı, hörmət qazanırdı, indi efirə çıxıb hörmətdən düşürlər:

“İnsan özünü tanımalı, harada necə davranacağını, nə danışacağını bilməlidir. Əgər hətta danışıq qabiliyyəti yoxdursa, efirə çıxıb boş yerə danışmaq lazım deyil, ancaq  mahnı oxusun. Yəni söhbət özünü təqdim etməkdən gedir. Mən Faiq bəyin dediklərini çox düzgün başa düşdüm. Bilmirəm indi insanlar onu necə yozur, necə anlayır. Onu uzun illərdir tanıyıram, necə bir insan olduğunu yaxşı bilirəm.

Məsələn, Aygün Kazımova da, Röya da açıq geyinir, amma vulqar görünmürlər. Çünki bədən ölçülərini bilirlər. Yəni efir mədəniyyəti tam başqadır, səhnə tam başqa. Elə geyim var ki, yalnız səhnəyə uyğundur, efirə isə olmaz. Ona görə Faiq bəyin dediyi ilə razıyam.

Şəxsən mən çox nadir hallarda efirə çıxıram. Ancaq yeni işim, klipim və ya mahnım olanda 3-4 efirdə oluram, işimi təqdim edib çıxıram. Gündə yersiz efirə çıxmaq, hər gün insanları yormaq doğru deyil. Əvvəllər insanlar efirə çıxırdı hörmət qazanırdılar, indi isə əksinə, hörmətdən düşürlər.

Efirə çıxanlar nə danışacağını, özünü necə aparacağını bilməlidir. Hər şeyin bir qayda-qanunu, həddi-hüdudu var və buna diqqət edilməlidir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Faiq Ağayev müğənnilər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri