Icma.az
close
up
RU
Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib

Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


6-7 noyabr 2025-ci il tarixində Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərində 5. Manas Forumu “Regional və qlobal inkişaf əsasında Türk dünyası” beynəlxalq konfransı keçirilib. Forumda 8 ölkədən (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, KKTC, Özbəkistan və b.) onlarla alim və mütəxəssislər iştirak ediblər.
Newscenter.az xəbər verir ki, 5. Manas Forumunda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri, siyasi elmlər doktoru Ramilə Dadaşov və Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova da iştirak ediblər.
“Yeni dünya nizamına keçid prosesi və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edən Faiq Ələkbərli bildirib ki, bir tərəfdən Şuşa bəyannaməsi (Azərbaycan-Türkiyə birliyi) və Bakı müqaviləsi (Azərbaycan-Türkiyə-Pakistan ittifaqı), digər tərəfdən Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha güclü və ən əsası siyasi birlik kimi davam etdirəcəyinə zəmanət verməsi, təkcə Yaxın Şərqdə deyil, həm də dünyada yeni bir güc mərkəzinin yaranmasından xəbər verir. Faiq Ələkbərli: “Şübhəsiz ki, bu yeni güc mərkəzinin mərkəzində Azərbaycan və Türkiyə dayanır. Yəni regional və beynəlxalq düzəndə gedən proseslər də Azərbaycanın və Türkiyənin öncülüyünü nümayiş etdirir. Fikrimizcə, Türkiyənin qüdrətli qlobal gücə çevrilməsinin təməlində Azərbaycanın 44 günlük müharibədə qələbə çalması, ardınca Şuşa bəyannaməsi, Bakı müqaviləsi və Türkiyə Cümhuriyyətinin 8-ci İstanbul Zirvə Toplantısı dayanır. Dünya yeni bir gücün meydana çıxmasına “hamilə”dir və bu gücdə Türk Dövlətləri Təşkilatıdır”.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri