Icma.az
close
up
RU
Faiq Hacıyev: İndən sonra bir söz demək nəyisə dəyişməyəcək MÜSAHİBƏ

Faiq Hacıyev: İndən sonra bir söz demək nəyisə dəyişməyəcək MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyevin Sportal.az-a müsahibəsi

- "Turan Tovuz" Premyer Liqanın 22-ci turunda “Sabah”la qarşılaşdı və rəqibinə 1:2 uduzdu. Halbuki komanda birinci hissədə yaxşı performans göstərmişdi. Səncə, nəyə görə məğlub oldunuz?

- Dediyiniz kimi, komandamız ilk hissəni yaxşı keçirdi. Ancaq fasilədən sonra oyuna tam konsentrasiyalı başlaya bilmədik. “Sabah” da bundan istifadə edərək qapımıza iki qol vurdu. Təəssüf ki, sonda da uduzduq.

- Bu görüşdə mübahisəli epizodlar var idi. Daha dəqiq desək, buraxdığınız ilk qoldan öncəki epizodda Rəhim Sadıxova qarşı qayda pozuntusu qeydə alınmadı. Baş hakim həmin vaxtı qayda pozuntusu qeydə almadı. Ümumiyyətlə, bu oyunu psixloji olaraq üstünüzdən ata bilmisiz?

- Bəli, qoldan öncə Rəhim Sadıxova qarşı qayda pozuntusu var idi. Lakin hakim bunu görmədi. Düzdür, bu bizim üçün bəhanə ola bilməz. Səhvlərimizdən dərs çıxarıb, gələcək oyunlara hazırlaşacağıq. Artıq növbəti görüşə konsentrasiya olmuşuq.

- “Turan Tovuz" üçün turnir cədvəlində yüksəlmək baxımından yaxşı şans idi. Çünki əsas rəqibləriniz "Araz-Naxçıvan" qələbə qazana bilmədi, "Zirə" də məğlub oldu. Halbuki qalib gəlsəydiniz, bu rəqiblərə yaxınlaşacaqdınız. Yəqin ki, buna görə məğlubiyyətinizə ikiqat üzüldünüz?

- Onsuz da, hər məğlubiyyət üzücü olur. Çempionat bir oyunla bitmir, marafon davam edir. Sonda necə olacağını isə zaman göstərəcək. Biz mübarizəyə davam edirik.

- “Turan Tovuz”un turnir cədvəlində 2-ci və ya 3-cü pilləyə yüksəlmək şanslarını necə dəyərləndirirsən? Səncə, bunu bacara biləcəksiz? Qarşıdakı turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız...

- Mövsümün sonuna qədər maksimum xallar toplamaq istəyirik. Əlbəttə ki, “Araz-Naxçıvan”la matçda qələbə qazanmaq şansımız varsa, bunu maksimum dəyərləndirməyə çalışacağıq. Hər oyuna olduğu kimi, “Araz-Naxçıvan”la görüşə də qələbə qazanmaq üçün çıxacağıq. Ümidvaram ki, istədiyimizi reallaşdıra biləcəyik. Amma asan oyun olmayacağı dəqiqdir.

- Hələ ki, "Araz-Naxçıvan"ı bu mövsüm məğlub edə bilməmisiz. Bunun özü sizdə motivasiya yüksəldir, yoxsa əlavə basqı, gərginlik yaradır?

- Təbii ki, bu məqam bizə motivasiya verir. Üzərimizdə hansısa basqı, gərginlik görmürəm. “Araz-Naxçıvan”la görüşə yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.

- 2024/2025 mövsümündən legioner limiti ləğv ediləcək. Yeri futbolçuların əksəriyyəti buna görə narazılıq bildirir. Sənin bu məsələ ilə bağlı fikrin necədir? Yeni sezondan əsas heyətdə oynamaq, klub tapmaq çətin olmayacaqki?

- Artıq qərar qəbul edilib. İndidən sonra bir söz nəsə demək nəyisə dəyişməyəcək. Bunun futbolumuza necə təsir edəcəyini gələcəkdə görəcəyik. Bizim üzərimizə düşən məsələ çox işləyərək, oynadığımız klubda əsas heyət futbolçusu olmağa çalışmaqdır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri