Mövqeyimizi qorumaq üçün... Faiq Hacıyev
Icma.az bildirir, Fanat portalına istinadən.
Misli Premyer Liqasının 10-cu turunda evdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edən "Turan Tovuz" turnir cədvəlində lider mövqeyindədir.
Qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyev süni ot örtüyü təbii qazonla əvəzlənmiş doğma meydanda qazandıqları qələbə və 1-ci pillədə qərarlaşmaları ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Şamaxı" ilə oyunun ağır keçəcəyini bilirdik. Həftə ərzində bu matça səylə hazırlaşmışdıq. Cari mövsüm doğma meydanda keçirdiyimiz ilk ev oyununda qələbə qazanmağımız bizi həqiqətən sevindirdi. Ardını gətirməyə çalışacağıq. Hələ yolun başlanğıcındayıq. Mövqeyimizi qorumaq üçün bütün gücümüzlə mübarizə aparacağıq. Məqsədimiz daha çox qələbə qazanıb azarkeşlərimizi sevindirməkdir".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















