Faiq Hacıyev: İstənilən qarşılaşmada bir nəfər azlıqda oynamaq çətindir
"Səbail" ilə oyun çətin olacağını bilirdik. Qırmızı vərəqə almağımız planlarmızı dəyişdi. Yenə də yaxşı mübarizə apardıq. İstənilən qarşılaşmada bir nəfər azlıqda oynamaq çətindir. Bu futboldur, belə olaylara hazırlıqlı olmalıyıq. Bəhanə gətirməyi sevmirəm. Gələcək oyunlara belə səhvləri düzəltməyə çalışacayıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
Cinah müdafiəçisi "Turan Tovuz"un heyətindəki zədəli futbolçulardan və növbəti turda rəqibləri olacaq "Sabah"dan söz açıb:
"Hər bir oyun bizim üçün vacibdir. Hansısa oyunçumuz olmayanda yeri görünür. Hər oyunda olduğu kimi "Sabah"la matça qələbə üçün çıxacayıq. İnşallah, nəticə istədiyimiz kimi olar".
Qeyd edək ki, Premyer liqanın XXI turu çərçivəsində baş tutan "Turan Tovuz" - "Səbail" matçı 1:1 hesabı ilə başa çatıb.