“Faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb” Millət vəkili
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb. Bu ilin ilk 5 ayında Azərbaycana 430.2 milyon dollar məbləğində 23411 avtomobil idxal edilib. Bu real ifadədə 40 faiz azalma deməkdir”.
Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, dərman vasitələrinin idxalına həmin müddətdə cəmi 192.6 milyon dollar xərclənib. Bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz azalma qeydə alınıb. 130 milyon dollarlıq idxalı olan polat prokatında isə 10 faiz azalma müşahidə edilib:
“Həmin dövrdə qeyri neft-qaz idxalındakı azlama çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də qeydə alınıb”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 İyul 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















