Millət vəkili: Cari ilin ilk 10 ayında ortaaylıq əməkhaqqı 9,4 faiz artıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"2025-ci il Azərbaycan tarixində, həmçinin sosial müdafiə tədbirlərin güclənməsi ili kimi yadda qaldı. Cənab Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımları ödənilməsi başa çatıb. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edib".
Oxu.Az-ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, 2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi:
"2025-ci ildə artımlar üçün illik əlavə olaraq 1.4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə ortaaylıq əməkhaqqı 8.1 faiz artmışdısa, bu ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekununda nominal ortaaylıq əməkhaqqının 9.2 faiz artacağı gözlənilir.
Bu isə o deməkdir ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq".
V.Bayramov əlavə edib ki, nəticədə, 2026-cı ildə Azərbaycanda ortaaylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir:
"Ehtiyac meyarının 300 manata çatıdırlması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir".
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















