Faktiki hava açıqlandı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.
AZXEBER.COM Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Faktiki hava açıqlandı
12 Noyabr 2024 12:50
