Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ukrayna de-fakto NATO üzvü olmalıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Finlandiya prezidenti Alexander Stubb CNN-ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, son həftələrdə Avropa ölkələri arasında xüsusəın Ukrayna ilə bağlı ciddi fikir ayrılıqları olduğunu etiraf edib: "Lakin buna baxmayaraq, hesab edirəm, Avropa ədalətli sülh üçün Ukraynanın hərbi və iqtisadi cəhətdən güclənməsinə, eləcə də sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi artırmağa çalışmalıdır. Bununla belə, Ukraynanın gələcək təhlükəsizliyi təminat altına alınmalıdır. Bu istiqamətdə atəşkəs və sülh danışıqları aparılmalıdır. Ukraynaın təhlükısizliyi isə yaxın gələcəkdə NATO-ya üzv olması ola bilər. Bu, əlbəttə, indi çətin görünür. Lkain elə bir bənd olmalıdır ki, Rusiya atəşkəs və sülh razılaşmasını pozar və yenidən Ukraynaya hücum edərsə, o zaman Ukrayna birbaşa NATO üzvü olacaq. Beə bir anlaşma, şərt olarsa, düşünürəm ki, Rusiya bir daha belə cəhd edləməz və Ukraynaın da təhlükəsizliyi zəmanət altına alınar"
“ABŞ Rusiya ilə yan-yana ola bilməz" deyə, müsahbəsinə davam edən ölkə başçısı qeyd edib ki, Rusiya ABŞ-ın onun tərəfində olduğunu dünyaya sübut etməyə çalışır: "Təcavüzkar Rusiyadır. Rusiya Ukrayna dövlətinə hücum edib, onu məhv etməyə çalışır. Əgər ABŞ fövqəldövlət və azad dünyanın lideri mövqeyini qorumaq istəyirsə, Rusiya ilə əl-ələ, yan-yana gəzə bilməz”.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 05 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















