Icma.az
close
up
RU
Falçılıq və ekstrasenslik: inam, yoxsa dələduzluq?

Falçılıq və ekstrasenslik: inam, yoxsa dələduzluq?

News24 saytına istinadən Icma.az xəbər verir.

Tarix boyuk insanlar qeyri-adi hadisələri izah etmək və gələcəyi öyrənmək məqsədilə falçılıq və ekstrasenslik fəaliyyətlərinə böyük maraq göstəriblər. Müxtəlif mədəniyyətlərdə falçılar və ekstrasenslər ya mistik güclərə malik şəxslər kimi qəbul olunub, ya da insanlıq üçün təhlükəli qüvvələr hesab edilərək cəzalandırılıblar. Bu baxımdan tarixdə sehrbazlıq, cadugərlik və falçılıqla bağlı fərqli yanaşmalar olub. Belə ki, bəzi dövrlərdə və cəmiyyətlərdə bu fəaliyyətlər qanunla qadağan edilərək ağır cəzalar tətbiq edilib, digərlərində isə onların fəaliyyətinə icazə verilib və hətta statusları müəyyən hüquqi qaydalarla nizama salınıb.


Müasir dövrümüzə gəldikdə isə qeyd edək ki, falçılıq və ekstrasenslik fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələr ölkədən ölkəyə dəyişir. Bəzi dövlətlərdə bu fəaliyyət kommersiya xidməti kimi qanuniləşdirilib və xüsusi lisenziya tələb edilir, digər qrup dövlətlərdə isə bu iş dələduzluq və ictimaiyyəti aldatma kimi qiymətləndirilir. Xüsusilə, falçı və ekstrasenslərin insanları aldatmaq yolu ilə maddi qazanc əldə etməsi bir çox ölkədə hüquqi məsuliyyət yaradır.

Ümumiyyətlə, adıçəkilən fəaliyyət hüquqi çərçivəyə salına bilərmi, yoxsa bu cür fəaliyyətlər tamamilə qadağan edilməlidir?

Gəlin, məsələyə hər iki aspektdən yanaşaq. Birincisi, onu deyək ki, bəzi ölkələrdə falçılıq və ekstrasenslik fəaliyyətinin qanunla tənzimlənməsi bu sahədə şəffaflıq və nəzarətin təmin edilməsi ilə əlaqələndirilir. Məsələn, belə dövlətlərdə bu fəaliyyətlə məşğul olan şəxslərdən müəyyən peşə standartlarına uyğun lisenziya tələb edilir. Hesab edilir ki, bu, onların fəaliyyətlərinin müəyyən çərçivədə icra olunmasını təmin edir.

Bir qrup ölkədə isə insanları aldatmaq yolu ilə maddi və mənəvi ziyan vuran falçılar dələduzluq kimi cinayətlərə görə məsuliyyətə cəlb edilir. Bu məsələnin hətta reklam qanunvericiliyi ilə tənzimlənməsi də maraqlı ola bilər. Çünki bununla reklamlarda saxta vədlər verilməsi qadağan edilə bilər. Məsələn, “100% gələcəyi görürəm” kimi açıqlamaların qarşısı alınar.

Məsələyə digər aspektdən yanaşsaq, yəni falçılıq və ekstrasenslik fəaliyyəti tamamilə qadağan edilərsə, bunun arxasında bir neçə səbəb ola bilər. Bunlardan birincisi, dini və etik məsələlərlə bağlıdır. Belə ki, bəzi cəmiyyətlərdə sehrbazlıq və falçılıq dinlə ziddiyyət təşkil edir və bu səbəbdən  də qəbul olunmazdır.

Bundan başqa, falçılar və ekstrasenslər insanları inandıraraq onların zəif anlarından istifadə edib maddi qazanc əldə edə bilirlər. Bu da ictimai ədalət baxımından qəbuledilməz sayılır. Falçılıq və ekstrasenslik fəaliyyətinin qadagan edilməsinin başqa faktorlarla da əlaqələndirilməsi mümkündür. Belə ki, müasir dövrdə elmin və rasional düşüncənin gücləndirilməsi məqsədilə belə irrasional fəaliyyətlərə yer verilməməsi təbliğ oluna bilər.

Bu sahədə xarici ölkələrin qanunvericiliyinə nəzər salmaq maraqlı olar. Qeyd edək ki, Böyük Britaniyada 1735-ci il tarixli "Cadugərlik Qanunu" ("Witchcraft Act") cadugərlik fəaliyyətini qadağan edirdi və bu qanun 1951-ci ilə qədər qüvvədə qalmışdır. 1951-ci ildə bu qanun ləğv edilərək onun yerinə "Fırıldaqçılıq Qanunu" ("Fraudulent Mediums Act") qəbul edildi. Həmin qanun isə ruhlarla əlaqə qurduğunu iddia edən şəxslərin fırıldaqçılıq etməsini qadağan edirdi. Nəhayət, 2008-ci ildə ölkədə bu qanun da ləğv edildi və onun əvəzinə "İstehlakçıların müdafiəsi qaydaları" ("Consumer Protection from Unfair Trading Regulations") qüvvəyə mindi. Bu qaydalar aldatma və fırıldaqçılıq hallarını ümumi şəkildə tənzimləyir və falçılıq və ekstrasenslik fəaliyyəti də bu çərçivədə qiymətləndirilir.

Lakin nə qədər təəccüblü də olsa, Böyük Britaniyada tanınmış ekstrasens Sally Morgan 2011-ci ildə Dublin şousu zamanı tamaşaçıların onun fırıldaqçılıq etdiyini iddia etməsindən sonra tənqidçilərə qarşı hüquqi tədbirlər görmüşdür. O, İrlandiya Radyosu və bəzi jurnalistlərə qarşı böhtan iddiaları ilə məhkəmə prosesləri başlamışdır. Nəticədə, bəzi tənqidçilər üzr istəmiş və təzminat ödəməyi qəbul etmişdir.

Yeni Zelandiyada da "Cadugərlik Qanunu" ("Witchcraft Act") Böyük Britaniyanın 1735-ci il tarixli eyni adlı qanunvericiliyindən götürülmüşdür və falçılıq və cadugərlik fəaliyyətini qadağan edir. Bu qanuna əsasən falçılıqla məşğul olan şəxslər cərimə və ya azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.

ABŞ-da falçılıq və ekstrasens fəaliyyəti ilə bağlı qanunlar ştatdan ştata dəyişir. Bəzi ştatlarda bu fəaliyyətlər qanunla tənzimlənir və lisenziya tələb olunur, digərlərində isə belə tənzimləmələr yoxdur. Məsələn, Merilend ştatında falçılıq qanunsuzdur və bu fəaliyyətlə məşğul olan şəxslər cərimə və ya azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər. Digər müəyyən ştatlarda isə falçılıq və ekstrasens fəaliyyəti qanunidir, lakin dələduzluq və aldatma halları baş verərsə, bu, cinayət məsuliyyətinə səbəb olur. Maraqlıdır ki, 1990-cı illərdə ABŞ-da televiziya reklamları ilə tanınan "Miss Cleo" ləqəbli Youree Dell Harris falçılıq xidmətləri təklif edirdi. Onun təmsil etdiyi şirkət "Access Resource Services, Inc." Federal Ticarət Komissiyası tərəfindən aldatma və fırıldaqçılıq ittihamları ilə məhkəməyə verilmiş, nəticədə, şirkət 2002-ci ildə 5 milyon dollar məbləğində cərimə ödəməyi və fəaliyyətini dayandırmağı tələb edilib.

Səudiyyə Ərəbistanında isə falçılıq və cadugərlik birmənalı olaraq ciddi cinayət hesab olunur və bu fəaliyyətlə məşğul olan şəxslər ağır cəzalarla, o cümlədən ölüm cəzası ilə cəzalandırıla bilərlər. Bu, təbii ki, ölkənin islam hüququna əsaslanan qanunvericiliyindən irəli gəlir.

Bu sahədə Rusiya təcrübəsi də maraq doğurur. Belə ki, ölkədə ekstrasenslərin fəaliyyəti geniş yayılıb və bəzi hallarda televiziya proqramlarında da nümayiş olunur. Lakin bu sahədə aldatma və ya dələduzluq halları baş verərsə, bu, cinayət məsuliyyətinə səbəb ola bilər.

Azərbaycana gəldikdə, qeyd edək ki, falçılar və ekstrasenslərin fəaliyyəti ilə bağlı xüsusi qanunvericilik mövcud deyil. Lakin onların fəaliyyəti zamanı dələduzluq və ya aldatma halları baş verərsə, bu cür əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət məsuliyyətinə səbəb olur. Məsələn, əgər ekstrasens və ya falçı insanları bilərəkdən yanlış məlumatlarla aldadaraq maddi zərər yetirirsə, onların barəsində cinayət işi başlana bilər.\\lent.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Fevral 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri