Icma.az
close
up
RU
Falçılıq və sosial şəbəkələrdəki DƏLƏDUZLUQ: İnsanlar bu tələyə necə düşür?

Falçılıq və sosial şəbəkələrdəki DƏLƏDUZLUQ: İnsanlar bu tələyə necə düşür?

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Son günlər falçılıq “bazarı”nda böyük bir canlanma müşahidə olunur. Bəzi insanlar fala inanmadığını desələr də, lakin bunun əksini sərgiləyən mənzərə ortaya ortaya çıxır. Mütəxəssislər deyir ki, insanlar fitri olaraq dini-mistik istiqamətə meyilli olduqları üçün bir çox mənfi qüvvələr də insanın bu yaradılış keyfiyyətindən məharətlə istifadə edir.

Bu gün falçılar öz “bizneslərini” genişləndirmək üçün kütlənin daha çox istifadə etdiyi sosial şəbəkələri vasitə seçib. Özlərinə ekstrasens, baxıcı, falçı kimi adları qoyaraq, insanların inamlarını qazanır, müxtəlif üsullarla pullarını mənimsəyirlər.

Elə bir neçə gün öncə Daxili İşlər Nazirliyi vətəndaşlara bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə etmişdir.

Mövzu ilə Gununsesi.info -ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, müxtəlif dövrlərdən bu günə kimi cəmiyyətdə müzakirə mövzusu olan bu əməl istisnasız olaraq dələduzluq sayılır:

“Falçılıq insanların etibarından, inamından sui-istifadə edərək, onlardan gəlir əldə etmək məqsədi ilə hər hansı fəaliyyət növü kimi qəbul olunur. Bu da şübhəsiz ki, hüquqa zidd davranışdır. İstər real həyatda olsun, istər də virtualda bu fəaliyyətlə məşğul olanlar məsuliyyət daşıyır.

Rəqəmsal cəmiyyətdə yaşadığımız üçün bəzi fəaliyyət növləri həm virtual həyata, sosial media platformalarında transfer olunur. Falçılıq da bu qəbildəndir. Rəqəmsal cəmiyyətdə yaşasaq da, insanlar arasında hələ də xurafat və fanatizmə meyillilik mövcuddur. Həmçinin bu əməllərə malik olan dələduzlar da. İnsanlar falçılara müxtəlif səbəblərdən müraciət edirlər. Onlar çətin durumlarda, labirint situasiyalara düşəndə vəziyyətdən çıxış yolları axtarırlar. Sanki suyun üzərində sabun köpüklərindən, saman çöpündən yapışmış kimi, hər şeyə cəhd etmək istəyir, çıxış yolları axtarırlar. Bu vəziyyətlərdə də fürsətçil, dələduz falçıların tələsinə düşür və qurbanlara çevrilirlər. Bu əməl dini baxımdan günah sayılır, elmi müstəvidə isə qeyri-qanuni və dələduzluq fəaliyyətidir. Ona görə dələduzlara şamil olunan hüquqi məsuliyyət həm də falçılara aiddir. Çünki onların da əməli birbaşa hüquqa ziddir.

İnsanlar başa düşməlidir ki, falçılıq dələduzluq əməlidir, onlara inanmaq, itaət etmək olmaz. Hər kəsə maraqlı olmalıdır ki, falçılar nələrəsə qadir olsalar, ilk növbədə özləri üçün çarə etməyi bacarmalıdırlar”.

Ü.Şəfiyev hesab edir ki, hüquqi baxımdan falçılıq ilə məşğul olanlara qarşı sərt təpkilər göstərilməli, bu kampaniya xarakterli deyil, ardıcıl və davamlı qaydada davam etməlidir.

“Bu gün nə cəmiyyət, nə də hüquq mühafizə orqanları tərəfindən falçılara qarşı tolerant münasibət göstərilə bilməz. Çünki bu, cinayət əməlidir və bu cinayətin qurbanları da kifayət qədər çoxdur. Təkcə paytaxtda deyil, bölgələrdə və rayonlarda da bu vəziyyət mövcuddur.

Təəssüf ki, sosial şəbəkələrdə də bu artıq mövcud vəziyyətdə özünü göstərir. Bəzi sosial şəbəkə istifadəçiləri düşünür ki, sosial platformada hüquq mühafizə orqanlarının nəzarəti yoxdur. Əbəttə, bu yalnış düşüncədir. Onlar bilməlidirlər ki, real həyatda olduğu kimi, sosial şəbəkələrdə də hər kəs əxlaq və davranışlarına görə məsuliyyət daşıyır. Bu baxımdan, istifadəçilər bu məsələlərdə diqqətli olmalıdır. İstənilən sosial şəbəkənin neqativ tərəfləri və fəsadları var. Buna baxmayaraq, sosial şəbəkə platformaları üzərindən sağlam iş, təhsil kariyerasını quran yüzlərlə insan var. Sosial media və sosial şəbəkə platformalarının üstünlüklərindən, praqmatik faydalarından istifadə etmək daha məqsədyönlüdür. Bu gün sosial şəbəkə platformaları üzərindən sağlam iş, təhsil kariyerasını quran yüzlərlə insan var”, – deyə sosioloq bildirib.

Mütəxəssisin fikrincə, sosial media və sosial şəbəkə platformaları haqqında ayrıca bir qanun olmalıdır.

“Düzdür, Azərbaycanda “Media haqqında” Qanunun 10-cu, 14-cü maddəsi bu istiqamətdədir. Eyni zamanda, 2016-cı ildə Cinayət Məcəlləsinə bununla bağlı dəyişikliklər də olunub. Bu istiqamətdə sosial media və virtual fəaliyyətlə bağlı məsələlər də nəzərə alındı, “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edildi.
Daha sonra 2018-ci ildə ölkə başçısı tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun da imzalanıb. Bütün bunlara baxmayaraq, görürük ki, yenə də sosial media və sosial platformalarda hüquqa və əxlaqa zidd əməllər yenə də davam edir.

Bir daha qeyd edirəm, sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca bir qanun olmalıdır. Necə ki, bu qanun Türkiyə və bəzi Avropa İttifaqına daxil olan ölkələrdə var. Bu qanundan çıxış edərək, sosial marifələndirmə işləri aparılmalıdır ki, istifadəçilər də virtual aləmdə öz hüquqi məsuliyyətlərini dərk etsinlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see402

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see262

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see204

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see188

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see185

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see179

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see155

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see153

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see144

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri