Icma.az
close
up
RU
FAO: Azərbaycanda aqrar sahədə yeni innovasiyaların tətbiqi nəticə verir

FAO: Azərbaycanda aqrar sahədə yeni innovasiyaların tətbiqi nəticə verir

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda artıq kənd təsərrüfatında innovasiyaların tətbiqi nəticə verir.

APA-Economics” xəbər verir ki, bunu “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Nabil Gangi deyib.

“Ötən il Qubada keçirilən Aqrobiznesin İnkişafı Forumunda Azərbaycanın dərin kənd təsərrüfatı köklərini və daha davamlı, yenilikçi bir gələcəyə doğru atdığı cəsarətli addımları yaxından hiss etdim”, – deyə o qeyd edib.

Xarici qonaq forumun COP29-dan dərhal sonra keçirilməsinin də təsadüfi olmadığını deyib: “Azərbaycanın qlobal iqlim gündəmini formalaşdırmaqda aparıcı rol oynadığı COP29-dan sonra bu Forum xüsusi əhəmiyyət daşıyır. Bakının yaratdığı impuls hələ də təzədir — və indi bu qlobal öhdəlikləri tarlalara, fermalara və gələcəyimizi müəyyənləşdirəcək ərzaq sistemlərinə daşımağın zamanıdır”.

O bildirib ki, FAO-nun 2022–2031-ci illəri əhatə edən Strateji Çərçivəsində innovasiya aqrar ərzaq sistemlərinin səmərəli, inklüziv, dayanıqlı və davamlı şəkildə qurulmasının əsas elementi kimi götürülür:

“İnnovasiya sadəcə yeni texnologiyaların tətbiqi deyil, bu, düşüncə tərzlərinin, sistemlərin və gələcəklərin transformasiyasıdır. FAO Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi olaraq hökumətlərlə, akademik dairələrlə, özəl sektor və fermerlərlə birgə çalışaraq ağıllı və miqyaslana bilən həlləri həyata keçiririk”.

Nabil Gangi Azərbaycanda innovasiyanın necə kök saldığını və inkişaf etdiyini öz gözləri ilə gördüyünü xüsusi qeyd edib: “Yaxşı kənd təsərrüfatı təcrübələri beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunur, ərzaq istehsalının təhlükəsiz, davamlı və ətraf mühitə uyğun olması təmin edilir. Müasir texnologiyalar məhsuldarlığın və səmərəliliyin artırılması üçün tətbiq olunur, bu, dəqiq kənd təsərrüfatı alətlərindən tutmuş ağıllı idarəetmə sistemlərinədək uzanır. Davamlı suvarma sistemlərinin genişləndirilməsi də iqlim stressi fonunda resursların qorunmasına xidmət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri