Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Beynəlxalq tərəfdaşlarla birlikdə artıq ikiillik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlayırıq.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, yol xəritəsinə 30-dan çox praktiki istifadə nümunəsi daxildir:
“Yol xəritəsi məhsul müxtəlifliyinin xəritələşdirilməsindən və torpağın monitorinqindən tutmuş məhsuldarlığın proqnozlaşdırılmasına və suya qənaət edən suvarmaya qədər sahələri əhatə edir. Pilot layihələr artıq həyata keçirilir və yaxın zamanda ölkə üzrə tətbiq olunacaq. Bu data əsaslı alətlər fermerlərimizə daha ağıllı qərarlar verməyə, davamlılığı gücləndirməyə və illər ərzində əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək”.
O vurğulayıb ki, ağıllı kənd təsərrüfatı suyun və torpağın dayanıqlı idarə olunması ilə yanaşı getməlidir:
“Biz başa düşürük ki, suvarmanın müasirləşdirilməsi həyati əhəmiyyət daşıyır. Bu səbəbdən yarımsəhra bölgəsi olan ölkəmizdə hər damcı suyu qoruyan iqlimədavamlı su sistemlərinə sərmayə yatırırıq. Eləcə də, bu günkü proqramda müzakirə ediləcəyi kimi, nəqliyyat və ağıllı şəhər inkişafı emissiyaları azaltmaqla və daha yaşıl, səmərəli təchizat zəncirləri qurmaqla bu səyləri tamamlamalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Oktyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















