FAO nümayəndəsi: İstehsalçılar kimyəvi maddələrdən istifadə etməyə meyillidirlər
Icma.az bildirir, Azertag portalına istinadən.
İstehsalçılar kimyəvi maddələrdən istifadə etməyə meyillidir. Nəticədə qida emalı zamanı son məhsulun çirklənmə riski olduqca yüksək olur. Məsələn, bakteriyalarla bağlı problemlər müşahidə edilir. Bu bakteriyaların bəziləri suyun özündə, yəni su təsərrüfata daxil olan zaman onunla birlikdə ola bilər. Digərləri isə insanlardan və yaxud materiallardan təsərrüfata daxil olur. Virusların da problemlərə səbəb olması mümkündür. Hazırda akvakultura sahəsində əsas məsələlərdən biri kimyəvi maddələrin, xüsusilə antibiotiklərin istifadəsi, bunun ətraf mühit üçün yaratdığı problemlərdir. Biz akvakulturada antibiotik istifadəsini xeyli azaltmışıq və bu sahədə irəliləmişik. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) balıqçılıq və akvakultura üzrə beynəlxalq məsləhətçisi Tomas Aşley Şipton “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















