Icma.az
close
up
RU
Fariz Yusifov Nobrenin idarəçiliyində nöqsan tapmadı

Fariz Yusifov Nobrenin idarəçiliyində nöqsan tapmadı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” bu il üçün avrokuboklarda son oyununu keçirdi.

“Elfsborq” evdə yeganə qolla ağdamlıları 3 xaldan məhrum etdi, turnir perspektivini çətinə saldı. Portuqaliyalı hakim Antonio Nobre komandamıza münasibətdə hansısa sərt cəza çəkmədi. Onun yetərincə tez-tez sərt mübarizələrə imkan verdiyini də gördük.
Bəs peşəkarlar bu idarəçiliyi necə dəyərləndirir? "Football-plus.az"ın daimi eksperti Fariz Yusifovun fikriləri ilə tanış olaq:

“Oyuna bir başqa həvəslə baxdıq. Komandamız Avropa Liqasında ilin son oyununa çıxdı. Ulu öndərimiz Heydər Əliyevin anım günü idi, fikirləşdik ki, oyun yaxşı alınacaq. Ümumən oyunun ab-havası, atmosferi, azərbaycanlı azarkeşlərin dəstəyi qürurverici idi. Artıq İsveç kimi ölkələr də bizi zəif qəbul eləmir. Onların final firtindən sonrakı sevincini yəqin gördüz. Elə bil dünya və yaxud Avropa çempionu olublar. Bu o deməkdi ki, Avropa ölkələri “Qarabağ”ın timsalında bizi də futbol ölkəsi kimi qəbul etməyə başlayıblar. Buna uyğun olaraq, UEFA da bu oyuna gözaltı baxmamışdı. Portuqaliya kimi futbol ölkəsindən hakimlər təyin etmişdilər. Hakimlik barədə mənfi fikirlər yürütmək düzgün olmaz. Çünki oyunun axarı, köməkçilərlə əlaqəsi, meydanda davranışı, futbolçularla diskussiyası, verdiyi vərəqələr, texniki zona ilə təmasa girməsi, bir sözlə, bütün hərəkətlərində hakimliyə xas bütün keyfiyyətləri gördük. Ümumən əvvəldən sürətli, texnikalı oyunu pozmayacağı, həmçinin kobudluğa icazə verməyəcəyi bəlli idi. Sona qədər hiss olundu ki, oyunun axarını sındırmaq istəmir. Fitdən çox da istifadə etmədi. Təəssüf, bunun qarşılığında komandamızda yaxşı nəticə görmədik. Hakimlikdə ciddi nöqsanlar olmadı. Çıxardığı qərarlarda çox qətiyyətli idi. Cərimə meydançası daxilində elə bir qaranlıq məqam olmadı ki, VAR-a müraciət etsin.Yəqin bu oyuna görə yaxşı qiymət alar. Bunun əsasında gələn il daha ağır oyunlara təyinat alar. Yenə də Qurban Qurbanovun mətbuat konfransında dediyi kimi: futbolda silinməyən qanunlar var. Bu gün böyük komandalar da eniş yaşayır. Amma “Qarabağ”dan daha çox şey tələb edirik. Necə ki, “Mançester Siti”nin də məğlubiyyət yaşadığını görürük. Hər bir halda təmsilçimizə bu turnirdə uğurlar arzulayıram”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri