“Fikrimcə, qərar doğrudu” Fariz Yusifov qazax referiyə haqq qazandırdı
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” – “Selye” oyunundan sonra hakim haqsızlığı müzakirə mövzusu oldu.
Rəqibin 6 nömrəsi Artemiyus Tutışkinasın Rəhman Daşdəmirova qarşı etdiyi kobudluğu baş hakim Daniyar Saxi qırmızı yox, sarı vərəqə ilə qiymətləndirdi.
Lakin bir çoxları bunun qırmızı vərəqəlik epizod olduğunu bildirir. Bu məqamı aydınlaşdırmaq üçün sabiq hakim Fariz Yusifovla əlaqə saxladıq:
“Qırmızı vərəqə göstərməyin meyarları var. Düzdü, Tutışkinas ayağını rəqibin başına qaldırır, zərbə endirir. Amma dərəcə söhbətidi. Artıq gücdən istifadə etmir. Topa ani gecikmə olur və daha çox sarı vərəqəyə oxşayır. Fikrimcə, qərar doğrudu”.
MÜZƏFFƏR QULUZADƏ

Fariz Yusifov Əliyar Ağayevə haqq qazandırdı
20 Fevral 2025 15:20
Fariz Yusifov Nobrenin idarəçiliyində nöqsan tapmadı
16 Dekabr 2024 13:34
“Bütün oyunlarda söz söhbət var” Fariz Yusifov
14 Fevral 2025 01:20
“Yığma komandanın futbolçuları papaqlarını qabaqlarına qoyub fikirləşsinlər” Fariz Yusifov
27 Noyabr 2024 21:08
“Yəqin ki, Monteneqro millisi UEFA ya məktub göndərəcək” Fariz Yusifov
12 İyun 2025 09:03

