“Fars“: ABŞ və İran memorandumun imzalanması ilə bağlı yekun qərar qəbul etməyib
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İran arasında memorandumun imzalanması ilə bağlı hələ yekun qərar qəbul edilməyib.
Moderator.az xəbər verir ki, bu barədə etibarlı mənbəyə istinadən "Fars" agentliyi məlumat yayıb.
Mənbə bildirib ki, müxtəlif səviyyələrdə məsləhətləşmələr davam edir:
"Cenevrəyə səfərdən əvvəl İran və ABŞ arasında elektron razılaşmanın imzalanması təklif edilib. Bu təklifə əsasən, Cenevrə görüşlərinin texniki detalların və razılaşma əldə olunduqdan sonrakı 60 günlük dövrlə bağlı ixtisaslaşdırılmış məsələlərin nəzərdən keçirilməsinə yönəlməsi üçün razılaşmanın mətni tərəflər Cenevrəyə yola düşməzdən əvvəl elektron formada imzalanmalıdır".
Qeyd olunub ki, təklifin məqsədi icra mərhələsinə keçidi sürətləndirmək və sonrakı danışıqlarda vaxt itkisinin qarşısını almaqdır.
"Eyni zamanda, o vurğulayıb ki, hazırda İran bu təklifə razılıq verməyib", - agentlik bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 17 İyun 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















