İran və BƏƏ dən Fars körfəzi ilə bağlı ÇAĞIRIŞ
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkiyan və Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS sammiti çərçivəsində görüşüblər.
Bakıvaxtı.az xəbər verir ki, BƏƏ-nin WAM xəbər agentliyinin məlumatına görə, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Tərəflər regionda gərginliyin azaldılmasının və sabitliyin bərpasının vacibliyini vurğulayıblar. Həmçinin sülh və inkişaf üçün imkanların genişləndirilməsinə yönəlmiş səylərin dəstəklənməsinin əhəmiyyəti qeyd olunub.
BRICS sammiti sentyabrın 12-13-də Yeni Dehlidə keçirilir. Tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, təşkilata üzv dövlətlərin nümayəndələri, tərəfdaş ölkələrin heyətləri və BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.
Hazırda BRICS-in üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İndoneziya, İran, BƏƏ və Efiopiyadır.
Baxış sayı:100
Bu xəbər 12 Sentyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















