Icma.az
close
up
RU
“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” İngeborq Baçmann

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” İngeborq Baçmann

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

17 oktyabr tanınmış avstriyalı yazıçı İngeborq Baçmannın anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında maraqlı faktları və onun əsərlərindən fikirləri təqdim edir.

20-ci əsr Avstriya ədəbiyyatının ən önəmli qadın şair və yazıçılarından biri sayılan İngeboqrq Baçmann (İngeborg Bachmann) yalnız poeziyası və nəsri ilə deyil, həm də fəlsəfi dərinliyi və şəxsi həyatı ilə oxucuların yaddaşında iz qoyub.

O, 1926-cı ildə Avstriyanın Klagenfurt şəhərində doğulub.

1945–1950-ci illərdə İnsbruk, Qrats və Vyana universitetlərində fəlsəfə, hüquq, psixologiya və alman filologiyası üzrə təhsil alan Baçmann, Haydegger və Vittgenşteyn fəlsəfəsi üzərində ixtisaslaşır.

Onun “Martin Haydeggerin varoluş fəlsəfəsinin tənqidi araşdırması” adlı doktorluq işi ilə fəlsəfədə dərin elmi irs kimi qəbul edilir.

Baçmannın ilk şeirləri 1948–49-cu illərdə yayımlanır. 1953-cü ildə "Təxirə salınmış zaman" ("Die gestundete Zeit") 1956-cı ildə isə "Böyük ayıya çağırış" ("Anrufung des Großen Bären") adlı iki şeir kitabı çap olunur.

Şeirlərində müharibənin yaraları, insan münasibətləri və daxili dünyaların uçurumu öz əksini tapır.

İsveçrəli yazıçı Maks Friş ilə yaşadığı çətin və zədələyici münasibət Baçmannın həyatında dərin iz buraxır.

Bu dövr onun psixoloji vəziyyətinə və ədəbiyyatına birbaşa təsir edir.

1971-ci ildə yazdığı və yeganə romanı olan “Malina” bu çöküş dövrünün bədii inikasıdır.

Romanda insan münasibətlərindəki zorakılıq və görünməyən “faşizm” kəskin şəkildə tənqid olunur.

Roman “Bu, bir cinayət idi” ("Es war Mord") cümləsi ilə bitir - sanki müəllifin faciəli ölümünü qabaqcadan xəbər verir.

Yuxu dərmanlarından asılı vəziyyətə düşən Baçmann, 1973-cü ildə Romadakı evində siqaret səbəbilə baş verən yanğında ağır yanır.

Bir ay sonra, 17 oktyabr 1973-cü ildə, aldığı yaralardan dünyasını dəyişir.

Onun bir şeirində dediyi kimi: “Mən isə təkbaşına yatırdım, yaralarımla, buzdan tikanların içində…”

Baçmann təkcə şeir və romanla kifayətlənmir. Radio üçün yazdığı üç önəmli pyesi sevgi, qurban və insan tənhalığını dərin fəlsəfi çərçivədə araşdırır.

Bu əsərlər sonradan “Hörspiele” adı altında bir kitabda toplanır.

Baçmanna görə insan, sadəcə xəstəliklərdən deyil, “ona edilənlərdən” ölür. Bu yanaşma onun bütün yaradıcılığına nüfuz edir.

***

Kitablarındakı fikirlərindən seçmələr

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…”

“Gerçək müharibə həmişə adı sülh olan müharibənin partlaması ilə başlayır…”

“Tarix öyrədir, amma onun tələbələri yoxdur...”

“Bir düşüncə qədər yaxın olmağıma icazə ver.”

“Vacib olan təkcə danışmaq deyil, mən sənin yanında səssiz qalmaq da istəyirdim...”

“İnsan ya heç oxumamalıdır, ya da həqiqətən oxumağı bacarmalıdır...”

“Sizə dəhşətli bir sirr açacağam: Dil - cəza deməkdir.”

“Baxışlarını qaldır, amma mənə baxma…”

“...Çünki bir-birimizə dediyimiz sözlərlə, əslində demək istədiklərim arasında bir hava boşluğu var...”

“Guya bu müasir dünyada, görünüşcə mədəni davranan insanlar arasında əslində daimi bir müharibənin hökm sürdüyündən şübhə edirsiniz? İnsanların bir-birini yavaş-yavaş öldürdüklərinə inanmırsınız?”

“…Çünki insan oğlu qaranlıq bir varlıqdır, yalnız qaranlıqda özü-özünün ağasıdır və gün işığında yenidən köləliyinə qayıdır.”

“Cəmiyyət düşünülə biləcək ən qanlı arenadır. Bu arenada, çoxdan bəri bu dünyanın məhkəmələrinə əbədi olaraq qapalı qalan, inanılmaz cinayətlərin toxumları ən asan şəkildə səpilmişdir.”

“…Amma içimdə bir şeyə qarşı yazdığım hissi vardı. Daim varlığını qoruyan terrora qarşı. Çünki insanın həqiqi ölümü xəstəliklərdən deyil, insanın insana etdiklərindəndir.”

“İvan gecə soruşur məndən: Niyə yalnızca "Ağlama divarı" var, niyə bu günə qədər heç kim ‘Sevinmə divarı’ inşa etməyib?”

“O qədər zəngin bir yanılqı içində yaşayırıq ki, heç kim başqasına və ya hakimiyyətə qarşı səsini qaldırmır. Xarici dünyada digər insanların bizi iflic etmələri də buna görədir; çünki onlara müəyyən hüquqlar verilir, ya da bu hüquqlar onlardan alınır və ya əsirgənir və çünki bu insanlar hüquqları olmadan bir-birlərindən daima bir şeylər tələb edirlər.”

“Bəzən məndən soruşdular ki, niyə içində hər şeyin yaxşı olacağı utopik bir ölkəni, utopik xarakterli bir dünyanı təsəvvür edirəm. Yaşadığımız gündəlik həyatın iyrəncliyi nəzərə alındıqda, bu sualı cavablandırmaq ziddiyyət yarada bilər, çünki bizlər, bu gün əslində heç nəyə sahib deyilik. İnsan, ancaq maddi şeylərin fövqündə bir şeylərə sahibdirsə, varlıdır. Və mən bu materializmə, bu istehlak cəmiyyətinə, bu kapitalizmə, burada baş verən bu dəhşətə, bizim boynumuzdan yaşamağa haqqı olmayan bu insanların zənginləşməsinə inanmıram. Həqiqətən inandığım bir şey var və mən buna “bir gün gələcək” deyirəm. Və həsrətini çəkdiyim şey – bir gün gələcək. Bəli, bəlkə də gəlməyəcək, amma mən yenə də gələcəyinə inanıram. Çünki əgər inanmırsamsa, artıq yaza bilmərəm.” (Bachmann bu yazını ölümündən dörd ay əvvəl yazmışdı.)

UNESCO-nun ilk virtual qalereyası Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb İstedadın cəzası: Çingiz Ələkbərzadəni kim və niyə şərlədi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri