Icma.az
close
up
RU
Fatma Yıldırım: Bu, iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir

Fatma Yıldırım: Bu, iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

“Azərbaycan dövləti öz gücünə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdikdən sonra qarşıda dayanan əsas vəzifə həmin ərazilərin bərpa olunmasıdır. Ötən dörd il ərzində bu istiqamətdə mühüm işlər həyata keçirilib. Bu dövrdə Böyük Qayıdış proqramı çərçivəsində minlərlə keçmiş köçkün doğma yurdlarına qayıdıb. Eləcə də, həmin ərazilərdə yeni müəssisələr yaradılır ki, bu da doğma yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsi üçün vacib addımdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dost və qardaş ölkələr də fəal iştirak edirlər. Bu baxımdan, Türkiyənin müvafiq şirkətlərinin yaxından iştirakı təqdirəlayiqdir. Bundan əlavə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən də bir sıra işlər görülüb ki, bütün bunlar xalqımız tərəfindən dəyərləndirilir. Eləcə də, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına orta məktəb və Qazaxıstan tərəfindən Kurmanqazı adına Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verilib. Qırğızıstan isə Ağdamda orta məktəb inşa edir. Bütün bunlar qardaşlığın parlaq nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, Özbəkistan tərəfindən növbəti qardaşlıq nümunəsi Xankəndi şəhərində tikiş fabrikinin tikilib istifadəyə verilməsi oldu. Noyabrın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin COP29-da iştirak edən Özbəkistan Prezidenti cənab Şafkat Mirziyoyevlə görüşü zamanı Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılışını etdilər.

“Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Münasibətlərimiz artıq müttəfiqlik səviyyəsindədir. Xalqlarımız arasında əlaqələrin tarixi qədimdir. Sevindirici haldır ki, hazırda dövlət başçılarımızın iradəsi əsasında iki ölkənin əməkdaşlığı ən yüksək səviyyəyə çatıb. Xankəndi şəhərində tikiş fabrikinin inşası da Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır”,-deyə Fatma Yıldırım vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri