Icma.az
close
up
RU
Favoritlərdən çətin qələbələr

Favoritlərdən çətin qələbələr

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Həftəiçi Almaniya kubokunda birinci mərhələnin, yəni 1/32 finalın təxirə salınmış iki qarşılaşması keçirildi.

Xatırladaq ki, kubok matçları keçirildiyi həftədə “Bavariya” ilə “Ştutqart” Superkubokda üz-üzə gəldiyindən onların oyunları təxirə salınmışdı.
Avqustun 26-da “Ştutqart” 2-ci bundesliqa təmsilçisi Braunşveyq “Ayntraxt”ının qonağı oldu. “Qol yağışı”na səhnə olan matçda bu mərhələnin ən böyük sürprizi qeydə alına bilərdi. Belə ki, kubokun son qalibi statusunda olan şvabiyalılar 89-cu dəqiqəyə hesabda geridə daxil oldu! Amma əsas vaxt 3:3, 120 dəqiqəlik mübarizə 4:4 hesabı ilə yekunlaşdığından qalib penalti seriyasında müəyyənləşdi. Ümumilikdə 15 penaltinin vurulduğu seriyada isə “Ştutqart” sevindi.
Ertəsi “Bavariya” Visbadenə səfər etdi. Heç vaxt elitada oynamayan “Vehen” tarixində ilk dəfə “Bavariya” ilə qarşılaşırdı. Rəqibin 3-cü bundesliqa təmsilçisi olmasına baxmayaraq, Münhen nəhəngi oyuna heç də zəif heyətlə çıxmamışdı. Düzdü, “rekordmayster” son illərdə ölkə kubokunda fanatlarını sevindirmir. Amma komandanın birinci mərhələdəcə 3-cü liqa klubuna uduzması biabırçılıq olardı. Görüş Vensan Kompaninin komandası üçün heç də asan keçmədi. “Bavariya” Keyn və Olisenin qolları ilə iki topluq üstünlük yaxalayandan sonra vaxtından tez rahatlaşdı.
Meydan sahiblərinin heyətində səhnəyə çıxan futbolçu Fatih Kaya oldu. Ötən mövsüm 3-cü bundesliqada 20 qolla bombardir olan 26 yaşlı türkəsilli forvard 6 dəqiqə aralığında iki qol vurmaqla münhenli fanatları şoka saldı. Amma matçın ən yaxşı oyunçusu seçilən Kayanın bu qəhrəmanlığı işə yaramadı. Hələ ki bu mövsüm heç bir rəsmi oyunda meydanı qolsuz tərk etməyən Keyn əsas vaxta artırılan 4-cü dəqiqədə dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırdı. “Bavariya” ardıcıl 30-cu mövsümdə bu turnirdə birinci mərhələ səddini adlamağı bacardı.
Komandanın kubokda 1-ci mərhələdə uduzması sonuncu dəfə 1994/95 mövsümündə baş verib.
1/32 final
Vehen (D-3) – Bavariya 2:3

Fatih Kaya, 64; 70 – Keyn, 16-p.; 90+4. Olise, 51.
Bavariya: Urbiq, Boe (Laymer, 80), Ta, Kim Min Ce, Gerreyro, Kimmix, Pavloviç (Qoretska, 67), Olise, Karl (Qnabri, 67), Dias, Keyn.
Ayntraxt B (D-2) – Ştutqart 4:4, p. - 7:8
Köler, 7. Di Miçele, 77; 88. Konte, 104 – Demiroviç, 11; 60. Voltemade, 89. Ba, 92.
Ştutqart: Nübel, Assinyon, Yeltş (Zaqadu, 115), Hendriks, Mittelştadt, Karazor, Ştiller (Çema, 86), Tomas (Vaqnoman, 96), Dəniz Undav (Voltemade, 71), Fürix (Levelinq, 71), Demiroviç.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Sentyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri