Icma.az
close
up
RU
Faydalı sıyıqların bilmədiyimiz ziyanları

Faydalı sıyıqların bilmədiyimiz ziyanları

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Sıyıqlar sağlam və faydalı qida hesab olunur. Lakin bəzən sıyıqlar insan sağlamlığına ziyan vura bilər.

Bu xüsusilə bəzi xroniki xəstəlikləri olan insanlara aiddir.

Rusiyalı diyetoloq Mariyat Muxina Roskaçestvo-ya bəzi tez-tez yediyimiz və faydalı hesab etdiyimiz sıyıqların mənfi tərəflərini açıqlayıb. Saglamolun.az sizə diyetoloqun tövsiyələrini təqdim edir.

Yulaf yarması sıyığı ("gerkules"). Çox faydalı sıyıqdır. Qastrit və mədə iltihabı zamanı yaxşı kömək edir, qəbizliyi aradan qaldırır, vitamin və minerallarla zəngindir. Lakin yulaf yarmasının tərkibində "fitin" adlı maddə var. Bu maddə sümüklərdən kalsiumun yuyulmasını tezləşdirir. Bu səbəbdən yulaf yarmasnı həftədə 1-2 dəfədən çox yemək tövsiyə edilmir.

Qarabaşaq sıyığı. Bu da çox faydalıd sıyıqdır. Əməliyyat keçirmiş insanlar, hamilə qadınlar üçün çox faydalıdır. Lakin qəbizlik və köpə meylli olan, böyrək çatışmazlığı və mədə xorasında əziyyət çəkənlər bu sıyığın istehlakını məhdudlaşdırmalıdır.

Düyü sıyığı. Ekspert qəhvəyi düyüyə üstünlük verməyi tövsiyə edir. Bu düyü beyinin fəaliyyətinə müsbət təsir edir, orqanizmdən artıq mayeni çıxardır, yuxunu tənzimləyir.

Ağ düyünü isə (xüsusilə "aş düyüsü" kimi tanıdığımız düyü növünü) məhdudlaşdırmaq lazımdır.

Skleroz və diabetdən əziyyət çəkənlər ağ düyü yeməməlidir. Həmçinin düyünün tez-tez istehlakı böyrək daşı xəstəliyinin inkişafına təkan verə bilər.  

Manna. Manna yarmasında da sümüklərin sıxlığına mənfi təsir edən fitin var.

Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər və 3 yaşına qədər uşaqlar manna sıyığını yeməməlidir.  

Darı yarması sıyığı. Bu sıyıq orqanizmə bərpa olunmağa kömək edir, güc verir. Lakin qastrit, mədə xorası xəstəliyi, podaqra, böyrək xəstəlikləri zamanı bu sıyığı qidalanmaya yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra daxil etmək olar.  

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri