Icma.az
close
up
RU
Faydası saymaqla bitməyən KƏKLİKOTU

Faydası saymaqla bitməyən KƏKLİKOTU

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara qüvvələr", cinlərlə mübarizə aparır.

Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir:

- beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır;

- sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır;

- baş ağrıları zamanı yaxşı kömək edir;

- xroniki yorğunluqla mübarizə aparır;

- yuxunu bərpa edir;

- yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı  soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.

Kəklikotu çox təsirli spazmolitik vasitədir. Kəklikotunun köməyi ilə spazmla (sıxılma)  bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu çay kimi dəmlənilir (yuxarıda göstərilir) və içilir.

Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.

Antiseptik xüsusiyyətlərinə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir.

Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.

Kəklikotu həm də "kişi otu" adlandırılır. Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.

Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərinə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir.

Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qr ot 1 l qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur.

Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir.

Nəzərinizə çatdıraq ki, kəklikotunun qəbulu bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən bu otu istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri