Icma.az
close
up
RU
Kəklikotu, bağayarpağı, əməköməci Üç bitkin min faydası

Kəklikotu, bağayarpağı, əməköməci Üç bitkin min faydası

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq təbabətində geniş şəkildə istifadə edilən dərman bitkiləri günümüzdə də bir çox xəstəliklərin əleyinə istifadə edilir.

Sağlamolun.az bu dəfə kəklikotu, əməköməci və bağayarpağının faydaarını təqdim edir:
Kəklikotu - Kəklikotunun tərkibində antimikrobiyal xüsusiyyətlərə malik olan timol və karvakrol kimi birləşmələr var. Bu birləşmələr müxtəlif bakteriyalar, göbələklər və hətta bəzi viruslarla mübarizə aparmağa kömək edə bilər. Kəklikotu ənənəvi olaraq tənəffüs sağlamlığını dəstəkləmək üçün istifadə edilmişdir. Öskürək, tıxanıqlıq və bronxit simptomlarını aradan qaldırmağa kömək edə bilər. Kəklikotunun bəlğəmgətirici xüsusiyyətləri bəlğəmin boşaldılmasına və onun xaric edilməsini asanlaşdırmağa kömək edə bilər. Kəklikotu bədəndə sərbəst radikalların yaratdığı oksidləşdirici stressdən qorunmağa kömək edən antioksidanlarla zəngindir. Rozmarin turşusu və luteolin kimi bu antioksidanlar antiinflamatuar təsir göstərə bilər və ümumi sağlamlıq və rifaha kömək edə bilər. Kəklikotu əsrlər boyu həzm üçün köməkçi olaraq istifadə edilmişdir. Bu, həzm şirələrinin istehsalını stimullaşdırmağa, həzmi yaxşılaşdırmağa və həzmsizliyi, şişkinliyi və qazı aradan qaldırmağa kömək edə bilər. Kəklikotunun antimikrobiyal və antioksidan xüsusiyyətləri də immunitet sisteminin güclənməsinə kömək edə bilər. Kəklikotunun immuniteti gücləndirən təsiri infeksiyalardan qorunmağa və ümumi immunitet sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. Kəklikotunun tərkibindəki bəzi birləşmələr antiinflamatuar xüsusiyyətlərə malikdir, bu da bədəndəki iltihabı azaltmağa kömək edə bilər. Xroniki iltihab müxtəlif sağlamlıq şərtləri ilə əlaqələndirilir və kəklikotunun antiinflamatuar təsiri bir qədər rahatlama təmin edə bilər.
Bağayarpağı - Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir. Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağı 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir. Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır. Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin. Həzm sistemi xəstəlikləri zamanı həmçinin bağayarpağı dəmləməsindən istifadə olunur.  2 xörək qaşığı xırda doqranmış təzə bağayarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda qapağı bağlı qazanda 5 dəqiqə ərzində saxlanılır. Soyuyanda dəmləmə yaxşı süzülür, yarpaqlar süzgəcdən sıxılır. Dəmləməni gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

Əməköməci - Əməköməcinin (digər adı Balba) çox zəngin tərkibi vardır. Tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir. Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.

Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. Həmçinin üz dərisində olan civzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri