Icma.az
close
up
RU
Fazil Mustafa komitədə müzakirə ediləcək məsələləri AÇIQLADI

Fazil Mustafa komitədə müzakirə ediləcək məsələləri AÇIQLADI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 11-də Milli Məclisin İctimai birliklər və  dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclası açan komitə sədri Fazil Mustafa qarşıdan gələn sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. 

Fazil Mustafa ilk öncə İctimai birliklər və dini qurumlar komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiya müddətində komitədə 6 iclas keçirilib, ümumilikdə 12 məsələyə baxılıb. Komitə sədri ötən sessiyada “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmənin keçirildiyini, komitə üzvlərinin müxtəlif tədbirlərdə, vətəndaş qəbullarında fəal iştirak etdiklərini bildirib.

Daha sonra komitə sədri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, növbəti sessiya dövründə qanunvericilik təşəbbüsü subyektləri tərəfindən təqdim olunan və komitənin fəaliyyət sahəsinə aid olan qanun layihələri müzakirə ediləcək, dinləmələr təşkil olunacaq, Parlamentin müvafiq komitələrinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası zamanı üzə çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məsələləri ictimai müzakirəyə çıxarılacaq.

Müzakirələr zamanı komitənin üzvləri Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Azər Allahverənov, Səbinə Salmanova, Elşad Musayev və Cavanşir Paşazadə çıxış edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə komitənin üzvləri  Azay Quliyev, Mixail Zabelin, Anatoliy Rafailov  və digər rəsmi şəxslər iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri