Icma.az
close
up
RU
Fazil Mustafa müəllimlərin problemlərindən DANIŞDI

Fazil Mustafa müəllimlərin problemlərindən DANIŞDI

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Komitə sədri Fazil Mustafa Milli Məclisin icasında çıxış edərək öncə Zəfər günü ilə bağlı fikirlərini bölüşüb.

Hurriyyet.az xəbər verir ki, o, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə 2020-ci ildə Şuşanın azad edilməsi arasında paralellik aparıb.

Bildirib ki, Şuşanın azad edilməsi bütövlüyümüzü təmin edib. Millət vəkili bu bütövlüyün daha geniş spektrlərdə, bütün Türk dünyasında əksini tapmasını zəruri sayıb. Ortaq ordunun, ortaq türk dilinin yaradılması istiqamətində təşəbbüsləri alqışlayıb.

Daha sonra F.Mustafa mühüm bir problemdən bəhs edib. Bildirib ki, Azərbaycanda mövcud olan problemlərdən biri təhsil problemidir.

Onun sözlərinə görə, müəllimlərin iş yerlərinin yaşadıqları ünvanlardan çox-çox uzaqda olması təhsil prosesinə öz mənfi təsirini göstərir:

“Orta məktəblərdə təxminən 150 min müəllim çalışır. Ancaq onların yerləşdirilməsi məsələsi qüsurludur. Yasamal rayonunda yaşayan müəllim 3 marşrut dəyişərək Kürdaxanıya dərs deməyə gedir. Yaxud mərkəzdə yaşayan müəllim Qaradağda dərs deməyə gedir. Düşünürəm ki, bunu qruplaşdırmaq olar və bunu etmək nə böyük bir problemdir ki?”.

Deputat deyib ki, müəllimin də qayğıları, sosial problemləri var və vaxta qənaət onun üçün vacibdir:

“Gün ərzində 4-5 saatı yola sərf edən müəllim də çalışacaq ki, dərsi tez başa vurub evinə getsin. Heç şübhəsiz ki, bu da təhsil, tədris prosesinə öz mənfi təsirini göstərir”.

Deputat qeyd edib ki, tıxacların yaranmasının bir səbəbi də elə budur: “150 min müəllimin yerləşməsini elə sistemləşdirməliyik ki, onlar vaxtında məktəbə çata bilsinlər. Bu məktəbdə dərsin keyfiyyətinə də təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq. Azərbaycanda Çindəki qədər milyonlarla müəllim yoxdur ki, onların problemləri həll olunmasın. Ona görə də bu məsələnin diqqətə qalmasını istəyirəm”./Tribunainfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri