Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa noyabr ayında ikinci vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilən tədbirdə, həmişə olduğu kimi seçicilərlə yanaşı digər rayon və şəhərlərdən gələn vətəndaşlar da iştirak edib. Deputat qəbul iştirakçılarını fərdi qaydada qəbul edərək onların üzləşdikləri problemlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Vətəndaşların müraciəti başlıca olaraq məşğulluq, sosial müdafiə, səhiyyə, məhkəmə qərarlarının icrası, əfv və digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll edilib, bir qismi ilə bağlı da zəruri izahatlar verilib. Qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə aidiyyatı üzrə müvafiq icra qurumlarına yaxın vaxtda deputat sorğusu göndəriləcəyi onların diqqətinə çatdırılıb.
Süleyman
Baxış sayı:150
Bu xəbər 12 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















