Icma.az
close
up
RU
Avropanın ən qeyri adi sərhədi: Bu ada altı aydan bir ölkə dəyişir FOTO

Avropanın ən qeyri adi sərhədi: Bu ada altı aydan bir ölkə dəyişir FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

Avropanın ən qeyri-adi sərhəd hekayələrindən biri, İspaniya ilə Fransa arasında yerləşən kiçik bir adada - Sülün adasında (isp. Isla de los Faisanes, fr. Île des Faisans) yaşanır. Bu ada, hər altı aydan bir idarəetməsi dəyişən dünyadakı nadir ərazilərdən biridir.

Milli.Az xəbər verir ki, Pirene dağlarının ətəklərində, Bidasoa çayının ortasında yerləşən bu balaca ada cəmi 6.820 kvadratmetr sahəyə malikdir. Lakin ölçüsünə baxmayaraq, o, əsrlərdir davam edən diplomatik ənənənin simvolu sayılır.

Sülün adası, 1659-cu ildə Pirene müqaviləsi ilə iki ölkə arasında "ortaq idarəetmə" statusu qazanıb. Müqaviləyə əsasən, ada ildə iki dəfə - 1 fevral və 1 avqust tarixlərində - İspaniya ilə Fransa arasında növbə ilə idarə olunur.

Yəni ilin ilk yarısında ada İspaniyaya, ikinci yarısında isə Fransaya məxsus olur. Bu sistem, dünyada mövcud olan ən maraqlı sərhəd razılaşmalarından biri hesab edilir.

Sülün adası tarix boyu bir çox diplomatik görüşlərə ev sahibliyi edib. Ən önəmlisi, 1659-cu ildə İspaniya kralı IV Filipp ilə Fransa kralı XIV Lüdovik arasında imzalanan Pirene müqaviləsi məhz burada baş tutub. Bu müqavilə, Avropanın siyasi sərhədlərini formalaşdıran ən mühüm hadisələrdən biri kimi tarixə düşüb.

Adanın tarixi önəmi böyük olsa da, bu gün Sülün adası ictimaiyyət üçün bağlıdır. Onun üzərində heç bir daimi tikili yoxdur. İspaniya və Fransa hərbi dəniz qüvvələrinin nümayəndələri yalnız müəyyən vaxtlarda baxım və nəzarət məqsədilə adaya çıxırlar.

Sülün adasının bu unikal idarəetmə sistemi "kondominium" adlanır - yəni iki dövlətin ortaq suverenliyi altında olan torpaq sahəsi. Bu model dünyada çox az rast gəlinir və Sülün adası bu gün sülhün və diplomatik əməkdaşlığın simvolu kimi qəbul edilir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Oktyabr 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri