FCSB ilə oyuna pis hazırlaşmamışıq Qurban Qurbanov
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“FCSB komandasının üstün cəhəti odur ki, həm müdafiədə, həm də hücumda hamı oyunun tempini qoruyub saxlaya bilir”.
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ruminiyanın FCSB klubu ilə UEFA Avropa Liqasının VII turun oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəsssis qarşılaşmaya yaxşı hazırlaşdığını qeyd edib: “İlin ilk avrokubok oyunudur. Demək olar ki, pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Rumin futbolu öz ciddiliyi, sərtliyi ilə seçilir. Mübarizəyə hazırıq. Öz oyunumuzla azarkeşlərə yaxşı oyun göstətməyə və qələbə qazanmağa çalıçacağıq”.
Qurbanov taktiki dəyişiklik etməyəcəyini də bildirib: “Elə də ciddi dəyişikliyimiz olmayacaq. Bəlkə hücumun qurulması, başlanmasında dəyişiklik edə bilərik. Bu komanda xırda səhvi belə bağışlamır. Bəzi məqamları düzəldəcəyik. Ümumən öz oyun üslübumuzu daha da yaxşılaşdırlb nümayiş etdirməyə çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















