Icma.az
close
up
RU
Qurban Qurbanov: “FCSB ağır komandadır”

Qurban Qurbanov: “FCSB ağır komandadır”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ” – “Şamaxı” (3:2) ilə üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, meydan sahibi komandanın çalışdırıcısı Qurban Qurbanov  oyunla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.

– Çatışmazlıqlarımız oldu. Çox vacib qalibiyyət əldə oldu. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. Ona uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkkür edirəm.

– Qapınızda “Şamaxı”dan 2 qol görməniz sürpriz oldu sizin üçün? Həmçinin fasilə zamanı heyətinizdəki gənc oyunçular barədə nə düşünürsüz? Onları əsas heyətdə görə bilərik?

– Xeyr, “Şamaxı” çox nadir hallarda qol vurmadan meydandan çıxır. Sadəcə qol buraxmaq məni narahat edir. Belə bəsit qollar buraxmaq olmaz. Sadəcə texniki səhvlər və diqqətsizliklər oldu. Belə qolların komandamıza faydası çoxdur. Görenür ki, daha da diqqətli olmalıyıq. Əlimizdə elə də gənc futbolçu yoxdur. Onlar üçün hələ tezdir. Amin bərkiməlidir. Davud komandayla məşqlərə yeni başlayıb. Güc olaraq özlərini sübut etsələr,

– Bəhlul Mustafazadə “Styaua” ilə matçda oynaya bilərmi? Matteu Silva bu gün mövqedə kifayət qədər boşluqlara yol verdi.

– Bu, oyunçunun mövqe səhvi oldu demək də doğru olmaz. Amma nöqsanlara yol verdi. Hər bir futbolçunun qarşıdakı oyunlarda oynamaq şansı var. Bəhlul komandayla məşqlərə başlayıb. Oyuna kimi 5 günümüz var. Komandanın durumuna baxıb, sonra qərar verəcəyik.

– Keçmiş oyunçularınızdan kimisə gətirmək nəzərinizdə var? Məsələn, İbrahima Vadji.

– Düzü ona diqqət yetirməmişik. Amma o siyahıda ola bilər. Hələ ki, başqa oyunçuları nəzərdən keçiririk.

– “Qarabağ” hələ də futbolçu ala bilməyib. Buna səbəb nədir?

– Çox az müddət oldu. Hazırda oyunçu götürmək üçün limitimiz yoxdur. Keçən ayda gördünüz ki, zədəlilərin olmasına görə rotasiyalar etməkdə çətinlik çəkirdik. Uyğun oyunçular olarsa, transfer edəcəyik. Lakin transfer xətrinə transfer etmək istəmirik. Son günə qədər axtarışdayıq.

– Benzianın yoxluğunda kimi görəcəyik?

– Hər ikisini gördük bu gün. Həm Leandro, həm də Zubir. Potensialları var.

– “Styaua”nı analiz etmisiz?

– Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Hər oyunda meydanın mərkəzində çoxluq təşkil edirlər. Fiziki baxımdan çox güclü komandadır. Asan olmayacaq. Çünki təhlükəli əks-hücumları var. Standart vəziyyətlərdə də təhlükəlidirlər.

– Mediada bəzi gənc oyunçuların adı “Qarabağ”la hallanır. Qurban Səfərov və Denis Ədilov. Onlar haqda nə deyə bilərsiz?

– Tam məlumatlı deyiləm. Aşağı yaş qruplarına Aftandil Hacıyev nəzarət edir. Yəqin ki, işlər tamamlanmayıb. Aftandil yaxşı komanda formalaşdırmaq istəyir.

– Gələn həftə İK-nin iclası gözlənilir. 5 illik plana ümidlisiz?

– Çox istəyərdim ki, sizinlə ölkə futbolu haqda danışım. Amma qərar açıqlanmayıbsa, ixtiyarım yoxdur ki, bu barədə danışım.

– Strategiya üçün təklifləriniz olub?

– Xeyr. Ümumi müzakirə etmişik. Öz fikirlərimi bildirmişəm.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Yanvar 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri