Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Fəal siyasi dialoq ŞƏRH

Fəal siyasi dialoq ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası və Çex Respublikası arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ölkələrimiz hələ sovetlər dövründə mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurub. Ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilmiş görüş və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi siqnaldır. Bu, Azərbaycan ilə Çexiya arasında münasibətlərin epizodik deyil, sistemli və institusional xarakter aldığını göstərir. Bu xüsusda rəsmi səfərin özü də siyasi iradənin təzahürüdür və ikitərəfli əlaqələrin davamlı inkişaf trayektoriyasına daxil olduğunu göstərir.

İqtisadi sahəyə dair səsləndirilən fikirlər isə Azərbaycan diplomatiyasının ənənəvi yanaşmasından enerji resursları üzərindən qurulan əməkdaşlıq modelindən daha geniş iqtisadi inteqrasiyaya keçid niyyətini açıq şəkildə nümayiş etdirir. Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında daha sonra dedi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Çexiya Avropada Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasında ilk onluqda yer alır ki, bu da ticari-investisiya-iqtisadi təmasların kifayət qədər qaneedici olmasını təsdiqləyir. Ticarət dövriyyəsinin həcmi 2025-ci ildə 800 milyon ABŞ dollarını ötüb ki, əmtəə mübadiləsinin 744 milyon dolları Azərbaycanın payına düşüb. Ticarət dövriyyəsinin strukturunda Azərbaycan neftinin ixracı xüsusi üstünlük təşkil etdiyindən, tərəflər əmtəə mübadiləsini şaxələndirmək və daha tarazlı olması üçün strukturunu təkmilləşdirmək niyyətindədirlər.

Mühüm məqamlardan biri də nümayəndə heyətinin tərkibində Hökumətin iqtisadi komandasının üzvləri ilə yanaşı Çexiyanın nüfuzlu biznes icmasının yer alması idi. Bu rəsmi Praqanın gündəliyinin kifayət qədər geniş olmasına işarə edir və Azərbaycanla əlaqələrə çoxistiqamətli rakursdan yanaşıldığını göstərir. Liderlərin iştirakı ilə biznes heyətləri üzvlərinin qarşılıqlı fikir mübadilələri aparması da iqtisadi və sərmayə yönümlü layihələrin diqqət mərkəzində olduğuna işarə edir. Eyni zamanda, bu müştərək faydalı müzakirələr yeni iqtisadi prioritetləri müəyyən etmək, dövlət və özəl şirkətlər arasında təmasları əlaqələndirmək, investisiya təşviqini artırmaq, ticari mübadiləni mövcud potensial sütunları üzərində inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Avropa enerji ailəsinin sadiq üzvü kimi son illərdə qazın həcmlərini artırmaq və şaxələndirməklə, ixrac coğrafiyasını daha da genişləndirib və 16 ölkənin qaz təminatında aparıcı dövlətdir. Həmin ölkələrin 10-u Avropa İttifaqı ölkəsidir. Çexiya ilə əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olması, eləcə də Çexiyanın qonşu ölkələr üçün tranzit rolunu oynaması bu sahədə gələcək əməkdaşlıq üçün yeni imkanlar meydana çıxarır. İdxal edilən neftin 42 faizini Azərbaycandan əldə edən bu ölkə Cənub Qaz Dəhlizinin infrastrukturunun genişləndirilməsi və enerji təchizatının şaxələndirilməsi çərçivəsində qaz təminatını da artırmaq, eləcə də regional ixrac zəncirində rolunu möhkəmləndirmək imkanı qazanacaq. Azərbaycan, eyni zamanda, coğrafi mövqeyi və trans-logistika imkanları ilə regionda əsas aparıcı və ölkələr arasında əlaqələndirici körpü rolunu oynayır. Müxtəlif coğrafi hüdudlar və qitələrdən başlayan nəqliyyat tranzitləri ölkəmizin coğrafi landşaftını əhatə etməklə Azərbaycanın bölgədə tənzimləyici və idarəedici rolunu da artırır. Bu baxımdan, Avropanın mühüm logistika qapılarından biri olan Çex Respublikası ilə kommunikasiya bağlantılarının diversifikasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri