Icma.az
close
up
RU
Fəaliyyətimi məhz Kəpəz də davam etdirmək istəyirəm Azər Bağırov

Fəaliyyətimi məhz Kəpəz də davam etdirmək istəyirəm Azər Bağırov

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan futbolundan danışarkən təbii ki, bu idman növündəki ənənələri ilə yaddaşlarda taxt quran Gəncə dərhal yada düşür. Uzun fasilədən sonra "Kəpəz"in elitaya qayıtması şübhəsiz, yalnız bu şəhərin futbolsevərlərinin deyil, neytral azarkeşlərin də üzünü güldürdü. Məlum durğunluq dönəmindən sonra Premyer Liqada 3-cü mövsümünü keçirən "sarı-göylər" hazırda böyük dəyişiklik astanasındadır. Elitada oynadığı son 3 "futbol ili"ndə çempionatdakı yerini qorumaq üçün mübarizə aparan və çoxsaylı çətinliklər fonunda işinin öhdəsindən gələn "Kəpəz" bu yay yeni inkişaf mərhələsinə qədəm qoymağa hazırlaşır. Bəs görəsən klubun yeni sponsoruna qovuşması, sıçrayışla diqqət çəkəcəyi ilə bağlı yayılan məlumatlar nə vəd edir? Növbəti mövsümdən daha iddialı, rəqiblərinin qorxulu yuxusuna çevrilmiş komanda, peşəkarlıq istiqamətində samballı addımlar atmış klub görə biləcəyikmi?

Turnir cədvəlindəki vəziyyət 

32 tura 28 xal toplayan Nizami yurdunun təmsilçisi sonuncudan əvvəlki - 9-cu pillədə mövqe tutub. Sona 4 tur qalmış autsayder "Səbail"i 7 xal qabaqlayan "sarı-göylər"in aşağı liqaya yuvarlanmayacağı riyazi cəhətdən dəqiqləşməsə də, mövcud reallıq "dənizçilər"in futbol ictimaiyyətini təəccübləndircəyini söyləməyə ciddi əsas vermir.

Düzdür, Bakı təmsilçisi hələ "silahı yerə qoymayıb". Bununla belə, 4 tura 7 xalı "əritmək" olduqca çətin missiyadır. Səfərdə "Şamaxı", "Neftçi", öz meydanında isə "Zirə" və "Sumqayıt"la oyunları qalan paytaxt komandasının qalan oyunları "Kəpəz"inkindən daha münasibdir, amma irəlidəki duellərin sayı "Səbail" adına xoş xəyallar qurmağa imkan vermir. "Kəpəz"in üzərinə düşən iş isə 4 oyundan birində qələbə qazanmaqdır. Bu tur "Neftçi"nin qonağı olacaq bölgə təmsilçisi, ardından "Sumqayıt"ı qəbul edəcək. Növbəti matçlar isə qonaq qismində "Qarabağ"a və qərb derbisində "Turan Tovuz"a qarşıdır. Nəzərə alaq ki, hələ 30 xalla 8-ci pillədə mövqe tutan "Sumqayıt"ın da elitada qaldığı rəsmiləşməyib.

Hamıdan çox buraxıb, hamıdan az vursalar da...

Maraqlı məqamlardan biri "Kəpəz"in bütün rəqiblərindən çox top buraxması (56) və hamıdan az (25) qol vurmasıdır. Heyəti çox kasad olan "sarı-göylər"in çempionatın gedişində və qış fasiləsində müəyyən qədər güclənməsi faktdır. Bəli, heyətdə oyunçu sayı az deyil, lakin keyfiyyət məsələsinə baxsaq, komandanın bir-iki aparıcı oyunçusu müxtəlif səbəblərdən meydana çıxa bilmədiyi qarşılaşmalarda onları əvəzləyən tapılmır.

Bu gün braziliyalı Luis Paçu, yerli Turan Manafov gürcü Rati Ardazişvili, malili  Mahamadu Ba, portuqaliyalı Dioqu Verdaskanın üzərində qurulan kollektivin bütün digər üzvləri başqa heç bir Premyer Liqa təmsilçisində heyətə düşə bilməyəcək oyunçulardır. Yəni top fərqi - 31 olan kollektivin bu gün elitadakı yerini böyük ölçüdə qoruması alqışalayiq məqamdır. Bu şəraitlə, bu heyətlə daha artığını gözləmək reallıqdan çox utopiya sayılardı. Bir məqamı da unutmayaq ki, "Kəpəz" qış fasiləsindən sonra 17 xal toplayıb və bu göstəricidə çempionatda 3-cü yerdədir.

Azər Bağırov qalmalıdır

Ölkənin ən bacarıqlı məşqçilərindən sayılan Azər Bağırovun yerli azarkeşlərin rəğbətini qazanması reallıqdırsa, Gəncə komandasında işləyən hər məşqçiyə nəsib olmayan bu məqama xüsusi diqqət yetirilməlidir. Doğrudur, "Kəpəz" hazırda ev oyunlarını öz stadionu təmirə bağlandığı üçün Tovuzda keçirir, lakin tribunalardakı gəncəli azarkeşlərin 44 yaşlı mütəxəssisə isti münasibəti, məğlub olduqları matçlarda belə, ona təzyiq etməmələri sıradan məqam deyil.

Görünən budur ki, fanatlar da Bağırovun orta səviyyədən aşağı yerlilər və belə desək, 3-cü növ legionerlərlə mümkün olanın ən yaxşısını etməyə çalışdığının fərqindədirlər. 

Son məlumatlara görə, hazırda klub rəhbərliyi də Azər bəyin fəaliyyətindən razıdır və növbəti mövsümdə də onun komandanın "sükanı arxası"nda qalmasını istəyir. Əlbəttə, keçid dönəmində yeni məşqçi həm də müəyyən qədər risk anlamındadır. Bu səbəbdən "Kəpəz"in idarəçilərinin Bağırovu başqasıyla əvəzləmək niyyəti xoş olmayan sürprizlərə meydan verə bilər. Əvvəla, hazırda ölkədəki bacarıqlı yerli mütəxəssislərin hamısı iş başındadırlar. Digər tərəfdən, əcnəbi məşqçi ideyası isə ən böyük yanlışlıq hesab edilər. Hərçənd "Kəpəz" rəhbərliyinin kənar qüvvələrin təsiri altına düşərək legioner mütəxəssis variantına qol qoyacağı az inandırıcıdır. Rəhbərlik özü də bilir ki, belə səriştəsiz gediş süqutun başlanğıcı olar.  

Baş məşqçi özü nə deyir?

Azər Bağırovun gələcək karyerası və planları ilə bağlı öz fikirlərini eşitmək də vacib idi. Onun saytımıza verdiyi açıqlama belə oldu: "Kəpəz" mənim üçün yalnız iş yeri deyil. Birlikdə çətinliklərdən keçmişik. Bölgə komandasında işləməyin məsuliyyəti böyükdür. Hazırda Gəncədə oynamasaq da, azarkeşlər önündə məsuliyyətimizi dərk edirik. Onları hər oyunda tribunada görmək xoşdur. Əlbəttə ki, bu komandada qalmaq, fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm. Öz stadionumuzda oynamaq, dolu tribunalar önündə rəqiblərimizi qəbul etmək başqa zövq olar. "Kəpəz"lə fərqli hədəflər uğrunda mübarizə aparmaq istəyirəm".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 May 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri