Icma.az
close
up
RU
FED in qərarı Azərbaycana necə təsir edəcək? RƏY

FED in qərarı Azərbaycana necə təsir edəcək? RƏY

Icma.az bildirir, Moderator.az portalına istinadən.

 Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sistemi son 9 ayda ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb. Fed sentyabr ayı iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4 – 4,25 faiz intervalına endirib.  Faiz qərarı 11-ə qarşı 1 səs nisbəti ilə qəbul edilib. Trampın Fed İdarə Heyətinə təyin etdiyi Stiven Miran 50 baza bəndi endirimdən yana səs verib. Üzvlərin 2025-ci ilin sonu üçün faiz dərəcəsi gözləntisi 3,6 faiz oldu, əvvəlki isə 3,9 faiz idi. Qərar mətnində məşğulluğa dair aşağı yönlü risklərin artdığı, inflyasiyanın isə “bir qədər” yüksək səviyyədə qaldığı qeyd olunub.Yeni proqnozlara görə, Fed üzvləri bugünkü endirimdən sonra bu il ərzində faiz dərəcələrini daha yarım bənd azaltmağı nəzərdə tuturlar. 

Məsələ ilə bağlı Moderator.az-a danışan Almaniyada yaşayan iqtisadçı Murad Calalov bildirib ki, bu qərarın ABŞ iqtisadiyyatı və qlobal maliyyə bazarları üçün mühüm nəticələri ola bilər:

“Avropa Mərkəzi Bankından sonra ABŞ Federal Ehtiyat Sistemi də faiz qərarını açıqladı və uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4 – 4,25 faiz intervalına endirdi. Bu, inflyasiya dövründə atılan addımlardan biridir və məqsəd fiskal siyasətin təsirini gücləndirərək iqtisadiyyatda uzun müddət davam edən durğunluğun aradan qaldırılmasıdır. Faizlərin azalması iqtisadi fəallığı stimullaşdırır və bazarda canlanmaya səbəb ola bilər.

Lakin digər tərəfdən, aşağı faiz dərəcələri neft və qızıl kimi xammal resurslarında qiymət artımını şərtləndirəcək. İnsanlar valyuta saxlamaq əvəzinə bu sahələrə investisiya etməyə üstünlük verəcəklər. Yəni bir tərəfdən iqtisadi canlanma baş verir, digər tərəfdən isə xammal bazarlarında qiymətlər yüksəlir. Bu proses Azərbaycan üçün müəyyən üstünlüklər yaradır və ölkəmiz üçün müsbət nəticələr doğura bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri