Icma.az
close
up
RU
Fədakarlığın, paylaşmağın simvolu: Qurbandan maddi mənfəət götürmək yolverilməzdir

Fədakarlığın, paylaşmağın simvolu: Qurbandan maddi mənfəət götürmək yolverilməzdir

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qurban bayramı qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edir. Bu günlər müsəlmanlar üçün həm ibadət, həm də sosial həmrəylik baxımından xüsusi əhəmiyyət daşıyır.

İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd edilir. Bu bayram islam dünyasında iki müqəddəs bayramdan biridir. Hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Qurban bayramı qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edir. Bu günlər müsəlmanlar üçün həm ibadət, həm də sosial həmrəylik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu günlərdə insanlar bir-birinə qarşılıqlı hörmət və sevgi ilə yanaşır, ehtiyacı olanlara yardım edir və birlikdə bayramın sevincini bölüşürlər.

Oxu.Az bayramın əhəmiyyəti, qaydaları, düz bildiyimiz səhvlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədovun "Kaspi" qəzetinə açıqlamalarını təqdim edir.

Fədakarlığın və nəfs tərbiyəsinin ifadəsi

Qurban bayramı İbrahim peyğəmbərin Allaha olan itaətkarlığını və sədaqətini simvolizə edən hadisəyə əsaslanır. Əfsanəyə görə, Allah İbrahim peyğəmbərdən oğlu İsmayılı qurban verməsini istəmiş, lakin onun itaətkarlığını gördükdən sonra bu əmrini ləğv edərək, əvəzində bir qoç göndərmişdi. Bu hadisə müsəlmanlar üçün Allaha olan sədaqətin və fədakarlığın rəmzi olaraq qəbul edilib.

Elvüsal Məmmədov deyir ki, qurban kəsməyin fəlsəfəsi dərindir:

"Qurban ibadəti özündə dərin mənalar və mühüm ictimai-mənəvi mesajlar daşıyır. Bu ibadət yalnız heyvan kəsməkdən ibarət deyil, Allaha itaət, təqva, ixlas, paylaşmaq və fədakarlıq kimi anlayışları özündə birləşdirir. Qurban kəsmək, ilk növbədə, həzrət İbrahim peyğəmbərin Allaha qeyd-şərtsiz itaətinin təcəssümüdür. O, ilahi əmri tərəddüdsüz yerinə yetirməyə hazır oldu və bu itaət simvolik olaraq bu gün də davam etdirilir.

Müsəlmanlar qurban kəsərək bu itaəti və səmimiyyəti yaşadır, həyatlarında tətbiq edirlər. Bu ibadət, eyni zamanda, fədakarlığın və nəfs tərbiyəsinin ifadəsidir. İnsan öz malından xərcləyərək həm maddi, həm də mənəvi mənada nəfsini tərbiyə edir. Qurani-Kərimdə qeyd olunur: "Onların nə əti, nə də qanı Allaha yetişər, Allaha yetişən yalnız sizin təqvanızdır". Bu ayə göstərir ki, qurbanın əsas mahiyyəti ixlas və Allaha yaxınlaşmaq niyyətidir. Qurban insanın təqvasını, Allaha olan sevgisini və səmimiyyətini göstərməyin bir yoludur. Bu səbəbdən qurban ibadəti müsəlman üçün təkcə dini rituallar toplusu deyil, həm də mənəvi yüksəliş vasitəsidir".

"Ailə büdcəsini çətin vəziyyətə salacaqsa..."

İlahiyyatçı bildirir ki, qurban kəsmək məcburi ibadət deyil. Maddi cəhətdən imkanı yaxşı olan qurban kəsə bilər:

"Bu ibadət sünnət olaraq qəbul edilir. Maddi imkanı olan müsəlman üçün qurban kəsmək tövsiyə olunan və savab bir əməldir. Əgər bir insan borc içində deyilsə, gündəlik ehtiyaclarını rahat şəkildə qarşılayırsa və əlavə vəsaiti varsa, onun qurban kəsməsi məqbul sayılır. Lakin bu ibadət şəxsin yaşayışına mənfi təsir göstərməməlidir. Əgər qurban kəsmək ailə büdcəsini çətin vəziyyətə salacaqsa, bu zaman həmin şəxs bu ibadətdən azaddır. Peyğəmbərimiz də qurbanı yalnız imkanı çatan şəxslərin kəsməsini tövsiyə edib. Ən vacibi isə budur ki, qurban kəsərkən niyyət səmimi olmalı, bu əməl heç bir şəxsi maraq güdülmədən, yalnız Allah rizası üçün yerinə yetirilməlidir.

Kəsilən qurbanlıq ətlər üç hissəyə bölünərək, bir hissəsi ailəyə, digər hissəsi qohumlara və dostlara, üçüncü hissəsi isə ehtiyacı olanlara paylanır. Bu, cəmiyyətimizdə birlik, bərabərlik və xeyirxahlıq ənənələrinin gücləndirilməsinə xidmət edir".

Qoç, iribuynuzlu mal-qara, dəvə

Qurban bayramında kəsilən heyvanlarla bağlı müəyyən şərtlər var. Yəni hər heyvanın ətini qurbanlıq hesab edə bilmərik. E.Məmmədov deyir ki, qurbanlıq heyvan kimi qoç, iribuynuzlu mal-qara (məsələn, dana) və ya dəvə seçilə bilər:

"Ən məqsədəuyğun olanı erkək heyvanın seçilməsidir. Qurbanlıq qoçun ən azı bir yaşında olması tövsiyə olunur. Lakin əgər 6-7 aylıq heyvan bir yaşındakı kimi görünürsə, onu da qurban kəsmək olar. Dana və dəvənin isə ən azı bir yaşında olması daha münasib sayılır. Qurbanlıq heyvanın bədənində hər hansı bir fiziki qüsur - buynuzunun və ya qulağının əskik olması, topallıq, göz çatışmazlığı və ya axtalanmış olması - onun kəsilməsini məsləhətsiz edir. Seçilən heyvan sağlam və zahirən gözəgəlimli olmalıdır. Çünki bu heyvan Allah rizası üçün qurban edilir və ona təqdim ediləcək qurbanlıq da layiqli olmalıdır".

"Maddi mənfəət güdmək yolverilməzdir"

Qurbanlıq heyvanın ətindən və dərisindən qazanc əldə etməyə gəldikdə isə ilahiyyatçı vurğulayır ki, qurbandan maddi mənfəət götürmək yolverilməzdir:

"Qurbanlıq heyvandan qazanc məqsədilə istifadə etmək düzgün deyil. Qurban ibadəti yalnız Allah rizası üçün edilir və ondan maddi mənfəət götürmək yolverilməzdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri