Icma.az
close
up
RU
Federasiyanın sabiq vitse prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı FOTO

Federasiyanın sabiq vitse prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı FOTO

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) işinə Ali Məhkəmədə yekun qərar verilib.

Gununssi.info -nun məlumaına görə , Teleqraf-ın əldə etdiyi xəbərə görə, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.

Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqla təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

Cinayət işi üzrə təqsirlənirilən şəxs qismində ifadə verən Səbuhi Rəcəb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Şahin Əliyev apellyasiya şikayəti verib. O, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq Səbuhi Rəcəbə daha ağır cəzaya, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərarın qəbul edilməsini xahiş edib. Digər zərərçəkmiş Səbinə Əliyeva da eyni tələblə şikayət verib.

Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil iddia edib ki, araşdırma zamanı Səbuhi Rəcəbə verilən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham sübuta yetirilməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm zərərçəkmiş şəxslər tərəfindən, həm də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayətlər təmin olunmayıb.

Bundan sonra hər iki tərəf kasasiya şikayəti verib. Onların şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, şikayətlər təmin edilməyib.

Qeyd edək ki, Səbuhi Rəcəb həbsdə olduğu müddətdə yeni cinayətləri müəyyən edilib və araşdırma aparılıb. O, hazırda idmançı Elman Mirzəyevlə birlikdə mühakimə edilir.

Həmin cinayət işindən məlum olur ki, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.

Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb.

Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.

İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş.

Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İ.Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək.

Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İ.Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək külli miqdarda pul ələ keçiriblər.

Müttəhim idmaçıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri