Icma.az
close
up
RU
Fələstin bildirir ki, normal həyata qayıtması üçün onlara 15 il lazım olacaq

Fələstin bildirir ki, normal həyata qayıtması üçün onlara 15 il lazım olacaq

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fələstinin müharibədən sonra normal həyata qayıtması üçün 15 il lazım olacaq.

Bizimyol.info xəbər verir ki, bunu Bağdadda Fələstinin Milli İqtisadiyyat naziri Məhəmməd əl-Amur deyib.

İraq Xəbər Agentliyi verdiyi məlumata görə, o, ümumərəb təşkilatının 34-cü sammiti ərəfəsində keçirilən Ərəb Liqasının İqtisadi və Sosial Məsələlər Şurasının iclasında çıxış edib.

“İsraillə müharibə başa çatdıqdan sonra normal həyata qayıtmaq üçün bizə 15 il lazım olacaq. Mövcud vəziyyətə baxmayaraq, fələstinlilər dözümlülük nümayiş etdirirlər. İşğal nə qədər davam etsə də, xalqımız məğlub olmayacaq”, - deyə Əl-Amur vurğulayıb.

"Qəzza soyqırıma məruz qalır. Humanitar yardım daşıyan minlərlə yük maşını İsrail tərəfindən Qəzza Zolağına buraxılmır. Bu arada dünya Qəzzada baş verən qətliamı səssizcə izləyir”, - deyə o qeyd edib.

"İordan çayının qərb sahilində 1000-dən çox İsrail nəzarət məntəqəsi var ki, bu da iqtisadiyyatı məhv edir", - deyə nazir bildirib. Onun sözlərinə görə, İordan çayının qərb sahilində və Qəzza zolağında işsizlik səviyyəsi 51%-ə çatır.

Mayın 17-də Bağdadda Ərəb Liqasının 34-cü sammitinin keçirilməsi planlaşdırılır.

2025-ci il martın 2-dən Qəzza zolağına heç bir humanitar yardım çatdırılmayıb və İsrailin qərarı ilə bütün keçid məntəqələri bağlı saölanılıb.

Martın 18-də İsrail ordusu bu sektorda döyüş əməliyyatlarını bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edərək, Qəzzada əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see11258

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see647

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see269

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see238

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see201

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see160

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see153

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see149

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see139

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see130

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see128

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see124

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see124

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri