Icma.az
close
up
RU
Fələstin bizim üçün nə edib?

Fələstin bizim üçün nə edib?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

Yazının sərlövhəsindəki sualı verən kimi daxili auditoriyadan çıxışlar başlayır ki, "bəs Fələstinin özünə kömək edən lazımdır".

Amma məsələ məhz buradadır, beynəlxalq münasibətlər empatiya üzərində yox, maraqlar və davranışlar üzərində qurulur. Əgər "özünə kömək lazım olan" statusu siyasi məsuliyyətdən azad edirsə, o zaman legitim sual yaranır: Fələstin tərəfi Azərbaycanın ən ağır tarixi faciələrində harada olub?

Fələstinin özünə kömək lazımdırsa, o zaman erməni terrorçularına niyə yardım göstərib? Niyə hansısa fələstinli Xocalıdakı şəhidin dərdini çəkməyib? Xocalı soyqırımı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatında qərar qəbul edildiyi halda, Fələstin tərəfi niyə bunu praktik müstəviyə daşımayıb?

Əksinə müxtəlif illərdə fələstinli silahlı qrupların Ermənistanla hərbi-siyasi təmasları, təlim və simvolik həmrəylik görüntüləri ortaya çıxıb. 1970-80-ci illərdə ASALA terrorçuları Yaxın Şərqdə, xüsusilə Livan və Fələstin düşərgələrində təlim keçiblər. ASALA-nın bəzi üzvlərinin Fələstin Azadlıq Təşkilatı ilə əlaqələrinin beynəlxalq mediada yer alması bir şeyi göstərir ki, Fələstin siyasi davranışında dini qardaşlıq yox, blok maraqları əsas götürür.

Təbii ki, nə qədər sübut-dəlil olsa da, bəzi qüvvələrin yalançı hay-küyü insanları çaşdırmağa xidmət göstərir. Təbii ki, bu məsələdə İran dövlətinin Azərbaycanın daxili və xarici siyasətində kartları qarışdırmaq, daxildə destabillik yaratmaq cəhdlərini də qeyd etmək lazımdır. Üzdə hər nə qədər "bacı-qardaş" desə də.

Buna illərlə elə özümüz şahidlik etmişik. Ötən əsrin 90-cı illərində Bakının səmasında İranın qırıcı təyyarələrinin cüt-cüt "qıy vurması" da, I Qarabağ müharibəsində Ermənistana dəstək olması da, II Qarabağ müharibəsində Azərbaycan ordusunun hərəkətinə qarşı çıxması da, Azərbaycanın qələbəsindən sonra Araz çayına ponton körpülər ataraq "hərbi təlim" keçməsi də yadımızdan çıxmayıb.

Bu siyahını çox uzatmaq olar, lakin bu məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, İran öz siyasi-teoloji modelini "İslam" adı altında pərdələyir.

Bu isə aşağıdakı kimi səslənir: "fələstinlilər azərbaycanlıların din qardaşıdır, amma Bakı İsrailə neft satır!" Və ya eyni janrın bir başqa nümunəsi: "SOCAR şeytan İsrailə neft satır".

Diqqət edin, ittiham və günahlandırma. O zaman sual yaranır, İran özü Ukraynada günahsız insanların məhvi üçün Rusiyaya dron, silah satdığı halda niyə ittihamı Azərbaycana yönəldir? Bəllidir ki, İranın dronları Ukrayna səmasından yerə gül-çiçək atmır.

Azərbaycan isə sadəcə beynəlxalq bazara neft satır. Bazarda onu kim alır, kim almır bu artıq bazarın qanunudur. Rəsmi Bakının satdığı nefti izləmək kimi bir öhdəliyi yoxdur. Qeyd edim ki, İsrailə neft satan ölkələr arasında Türkiyə, ABŞ müttəfiqləri, Avropa şirkətləri də var. Lakin hədəf kimi Azərbaycan göstərilir. Təbii ki, ittihamın siyasi sifariş olduğu bəlli olur.

İkinci vacib məsələ, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyat birdən baş verməyib. Təəssüf ki, İranın yaratdığı məlumat vakuumunda vacib məsələ diqqətdən kənara qalır. 2023-cü ilin 7 oktyabrda HƏMAS və bir neçə silahlandırılmış fələstinli qruplaşma Qəzza zolağından İsrailin Cənub dairəsi ərazisinə hücum edərək kütləvi qırğın törədib, mülki şəxsləri öldürdü, xeyli sayda girov götürdü. Təbii ki, bu hücuma cavab olaraq rəsmi Təl-Əviv də müvafiq addımlar atdı. Pis-yaxşı, hər kəs özünü müdafiə etməkdə qərarlıdır. Təbii ki, hər kəs istərdi ki, elə bir unikal silah kəşf olunsun ki, o ancaq terrorçuları məhv etsin. Günahsız mülki şəxsləri yox. Lakin güllə uşaq-böyük tanımır. O sadəcə hədəfə çatır.

İranın proksi qüvvələrinin əsas dayaqlarından biri olan HƏMAS Qəzzada gücünü və canlı qüvvəsini itirdikcə, İranın fələstinlilər üzərindən qurduğu "şəbihlər" sosial şəbəkələrdə tirajlanıb dünya trendinə düşməyi bacardı. İranın əsas məqsədi sosial şəbəkələrdə emosional görüntüləri, manipulyativ videoları paylaşaraq əsas məsələdən fikirləri yayındırmaq idi. İlk vaxtlar bu alətlər işləsə də, daha sonra videoların bir qisminin "fake" olduğu sübut olundu.

İran rejimi fələstinli uşaqların "dərdini çəkdiyini" iddia etsə də, əsl qorxusu regional təsir rıçaqlarını itirməkdir. Elə buna görə də, vəziyyətdən istifadə edərək rəsmi Bakını şərləmək, ittiham etməkdən yayınmır.

Dünən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Təbii ki, bu məsələ də müzakirə olunanlar içərisində idi.

Cənab Prezidentin: "Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı Fələstin də bizi elə də müdafiə etmirdi" deməsi daşları yerinə oturdur.

Bəli, rəsmi Bakı humanitar yardım göstərir, hətta fələstinli tələbələri də Bakıda oxudur. Azərbaycanın maliyyə dəstəyi hesabına Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir. Bundan artıq rəsmi Bakı nə etməlidir ki?

İran rejimi və ya onların əlaltıları cəmiyyətə bu mesajı ötürür ki, azərbaycanlılar Qəzzaya getməli, döyüşlərdə iştirak etməlidir.

Bu fikrə də cənab Prezidentin cavabı dəqiq və qısa oldu: "Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən ümumiyyətlə nəzərdə tutulmur", - deyən dövlətimizin başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik.

Son cümlə isə bütün sualların bir daha səslənməməsi üçün səbəb yaratdı: "Mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir".

Sonda diqqətinizi iki məqama yönəltmək istəyirəm.

Azərbaycan özü 30 illik ağır münaqişəyə son qoyub. Saysız qurbanlar verib. Bu gün isə regionda sülh gündəliyi formalaşdırır. Biz başa düşməliyik ki, başqasının müharibəsində alət olmalı deyilik. Buna imkan da verməli deyilik. Öz yolumuzla getməliyik.

İkincisi isə, ümumiyyətlə azərbaycanlıların tanıdığı qədər, fələstinlilər bizi tanıyırmı? Sual isə ritorikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri